Digər idman növləri
Avropa çempionumuz: “Gözlərim önündə müharibə canlandı, erməniyə uduza bilməzdim”
Sloveniyanın Maribor şəhərində məktəbli boksçular arasında Avropa birinciliyində ölkəmizi uğurla təmsil etmiş Azərbaycan milli komandası Vətənə qayıdıb.
Futbolxeber.az saytının məlumatına görə, nümayəndə heyətini Heydər Əliyev Beynəlxalq Hava Limanında Boks Federasiyasının kollektivi, idman ictimaiyyətinin nümayəndələri, bokssevərlər və idmançıların ailə üzvləri qarşılayıblar.
Oğlanlardan ibarət yığmanın böyük məşqçisi Vüqar Məmmədov bildirib ki, 32 ölkənin qatıldığı yarışdan 4 medalla qayıtmaq sevindirici haldır: “Yarışa yaxşı hazırlaşmışdıq. Mərhələli təlim-məşq toplanışlarımız oldu. Çəkilən əziyyət bəhrəsini verdi. Boksçularımız güclərini göstərdilər, inamlı qələbə qazandılar. Bu yaş qrupu üzrə yığmamızın perspektivi yüksəkdir. İnanıram ki, Avropa birinciliyində 4-cü yeri tutan komanda növbəti illərdə daha çox medal qazanaraq yuxarı pillələrdə qərarlaşacaq”.
52 kq çəkidə Avropa çempionu tituluna yiyələnən Şahin Aslanov daha böyük uğurlarının qarşıda olduğunu deyib. Onun sözlərinə görə, artıq hədəfi növbəti beynəlxalq yarışlarda eyni uğuru təkrarlamaqdır: “Startda ukraynalı rəqibimi 5:0 hesabı ilə məğlub etdim. Ardınca ingilis boksçu ilə qarşılaşdım. Demək olar ki, çəkimdə ən güclü rəqib o idi. Lakin mənim üçün keçilməz olmadı. Gürcüstanlı boksçuya qalib gəlib, finalda bolqarıstanlı idmançı üzərində də qələbə qazandım. Avropa çempionu olduğum üçün sevincliyəm. Qələbəm bununla bitməyəcək, davamının gəlməsi üçün daha çox çalışacağam”.
Digər Avropa çempionumuz Səftər Məmmədzadə (90 kq) də ilk uğuru ilə kifayətlənmək niyyətində deyil. Yarımfinalda erməni rəqibi üzərində qələbə qazanan boksçu buna borclu olduğunu vurğulayıb: “Avropa birinciliyinə çox yaxşı formada yollanmışdım. Məşqlərdə əziyyət çəkmişdim. Bunun üçün Avropa çempionluğunu gözləyirdim. Çəkimdə erməni boksçu olduğunu da bilirdim. Onu yarımfinalda nokaut etmək mənim üçün böyük fəxrdir. Bu qələbəmi Vətən müharibəsinin şəhidlərinə həsr edirəm. Döyüşə çıxdıqda da gözlərim önündə məhz 44 günlük müharibə canlandı. Bu səbəbdən də uduza bilməzdim. Üzərimdə əziyyəti olan məşqçilərə təşəkkürümü bildirirəm. Bundan sonrakı əsas hədəfim isə qarşıdakı dünya çempionatıdır. Mundialda da Azərbaycan himnini səsləndirmək istəyirəm”.
Qeyd edək ki, 380 boksçunun qatıldığı Avropa birinciliyində Şahin Aslanovla (52 kq) Səftər Məmmədzadə (90 kq) qızıl, Adil Zalov (63 kq) və İsmayıl Vəliyev (70 kq) bürünc medal qazanıb.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi”dən AFFA-ya növbəti transfer reallaşdı - ÖZƏL
- Milli komandamızın yeni baş məşqçisi müəyyənləşib: Mayın əvvəli Bakıya gəlir
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Hələlik çempionatda 10 komanda qalmalıdır”
- AFFA “sıfırlandı” - QEYD
- Asif Məmmədov: “Kimsə bunu sübut etsə, üzr istəməyə hazıram”
- Azərbaycan Premyer Liqasının son 2 turunda əcnəbi hakimlər - EKSKLÜZİV
- Minifutbol millimizin heyəti narazılıqla qarşılandı, baş məşqçi danışmaq istəmədi
- Basketbol federasiyasının diqqətinə: Təhlükəsizliyə bu qədər biganə yanaşmaq olmaz!
- “Qarabağ”ın mükafatlandırma mərasiminin yeri və məkanı dəyişdi - ÖZƏL
- Bir fotonun qorxusu... - QEYD
- “Aznur”un baş məşqçisi: “Mənim üçün “Birbaşa Bakı” “Zirə”dən daha narahat rəqibdir”
- Hakimlər “kimə işləyir”? - Araşdırma
- Ayxan Abbasov: “Komanda adı çəkmək mənə yaraşmaz, amma bu söhbətlər olacaq”
- 90-cı dəqiqədə meydana çıxdı, “Neftçi” - “Araz-Naxçıvan” oyununun ən yaxşısı seçildi
- Azərbaycan Premyer Liqasında komanda sayı artırılmadı
-
16:19
Millimizin futbolçusu komandasının bombardiri olub
-
15:24
Paraatletika üzrə Azərbaycan millisi dünya çempionatında iştirak edəcək
-
15:00
“Qalatasaray” - “Fənərbaxça” derbisi ona tapşırıldı
-
14:33
Atletika üzrə Azərbaycan çempionatı keçiriləcək
-
14:16
“Qarabağ”ın qapıçısı ilə Moskva klubu maraqlanır
-
13:52
Həndbol millimizdən qələbə
-
13:25
Elxan Məmmədov türkdilli ölkələrin futbol federasiyalarının iclasında iştirak edib
-
13:08
Avropa çempionatında iştirak edəcək Azərbaycan bədii gimnastları açıqlanıb
-
12:47
Hakimlərin ünvanına səslənən şüarlara görə AFFA-dan xəbərdarlıq
-
12:39
AFFA Volkovu 4 oyunluq cəzalandırdı
-
12:24
I Liqanın mərkəzi oyunu Əliyar Ağayevə tapşırıldı
-
12:11
İtaliya kubokunu "Yuventus" qazandı VİDEO
-
11:53
"Kəpəz"in kapitanı: "Klubda çalışan hər bir kəsin nəticələrdə əməyi var"
-
11:35
"Mançester Yunayted" "Nyukasl"ı məğlub etdi VİDEO
-
11:28
I Liqada çempion bu gün müəyyənləşə bilər
-
11:06
PSJ səfərdən qələbə ilə qayıtdı VİDEO
-
10:49
"NTD-İndiqo"nun baş məşqçisi: "İkinci görüş daha çətin olacaq"
-
10:37
"Atletiko" 3 xalı 3 qolla qazandı VİDEO
-
10:24
"Xırdalan"ın baş məşqçisi məğlubiyyətin səbəblərini izah etdi
-
10:12
"Karvan" "Mingəçevir"i məğlub etdi VİDEO
-
09:51
U-21 millimiz üçün yeni rəqib
-
09:30
"Zaqatala"nın qələbəsi VİDEO
-
21:44
"NTD-İndiqo" bürünc medala yaxınlaşdı
-
19:26
Azərbaycan Premyer Liqasının son 2 turunda əcnəbi hakimlər - EKSKLÜZİV
-
19:04
“Turan Tovuz” rəsmiləri və məşqçiləri Niderlandda FOTOLENT
-
18:31
AFFA rəsmiləri UEFA-nın seminarında iştirak edirlər
-
17:52
Taleh Məmmədov karyerasını başa vurdu
-
17:18
"Baku Flames" Kazanda keçirilən turnirdə B Liqasının qalibi olub
-
16:45
II Liqada mövsümün son turunun oyunlarının vaxtı açıqlandı
-
16:23
Azərbaycan daha üç boksçusu Rusiyadakı Memorialda bürünc medalı təmin edib
-
16:00
"Birbaşa Bakı" çempionluğu 5 qolla qazandı VİDEO
-
15:32
"Şəmkir" - "Cəbrayıl" görüşündə qonaqlar sevindi VİDEO
-
15:17
AFFA bu klublara lisenziya verdi
-
13:20
ilyard üzrə Azərbaycan çempionatının qalibləri məlum olub
-
12:56
“Heydər Əliyev Kuboku-2024”ün ikinci günündə 18 döyüş keçirilib
-
12:31
Tovuzda master-klass FOTOLENT
-
11:45
Millimizin Qızıl Avropa Liqası üçün heyəti açıqlanıb
-
11:08
Mirzov "Neftçi"dən ayrılır?
-
10:23
Orxan Məmmədov: “Bu, minifutbolun inkişafı üçün böyük töhfədir”
-
10:14
"Real" "Alaves"i darmadağın etdi VİDEO
-
09:56
Mövsümün ən yaxşıları müəyyənləşdi
-
09:42
"Mançester Siti"dən çempionluq yolunda vacib qələbə VİDEO
-
09:30
Azərbaycan çempionatında mövsümün rekordu qeydə alınıb
-
09:21
“Birbaşa Bakı”dan ardıcıl üçüncü çempionluq FOTOLENT
-
18:24
Azərbaycanın 2031-ci ildə Hərbçilərin Olimpiya Oyunlarına ev sahibliyi müzakirə edilib
-
18:00
Diakabi “Qarabağ”dakı gələcəyi barədə: “Mənim üçün çox qarışıq situasiyadır”
-
17:33
Azərbaycan beynəlxalq təşkilatın yubiley konqresində təmsil olunub
-
17:18
Azərbaycanın boks millisi Qazaxıstanda beynəlxalq turnirdə iştirak edəcək
-
17:01
"Bütün matçlara yalnız qələbə üçün çıxırıq"
-
16:47
"Üçüncü pilləni tutmaq üçün əlimizdən gələni edəcəyik"