16 May 2024, Cümə axşamı
Mirzov "Neftçi"dən ayrılır?
Mövsümün ən yaxşıları müəyyənləşdi
Sxadadze Gürcüstana yollanıb
XXXVI turun oyun cədvəli açıqlandı

Digər idman növləri

Faiq Qarayev: “Yeni baş məşqçimizin işi çox çətindir”

“Yeni baş məşqçimizin işi çox çətindir. Ona dəstək olmalıyıq”.
 
Futbolxeber.az saytının məlumatına görə, bunu Azərbaycan Voleybol Federasiyasının (AVF) vitse-prezidenti Faiq Qarayev qadınlardan ibarət millinin baş məşqçisi postuna gətirilən Ataman Güneyligilin təyinatı ilə bağlı təşkil edilən mətbuat konfransında deyib.
 
O, türkiyəli mütəxəssisə hər cür köməkliyə hazır olduqlarını bildirib: “Ataman bəyə böyük hörmətim var. Mən də Türkiyədə bir neçə il işləmişəm. Həmişə onun arxasındayam”.
 
F.Qarayev əlavə edib ki, federasiya prezidenti Şahin Bağırovla birlikdə Azərbaycan voleybolu üçün ciddi işlər görəcəklər: “Şahin müəllim çox pozitiv insandır. Bu da voleybolumuza xeyir verəcək”.
 
Qeyd edək ki, Ataman Güneyligillə 3 aylıq müqavilə imzalanıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31