15 May 2024, Çərşənbə
Mirzov "Neftçi"dən ayrılır?
Mövsümün ən yaxşıları müəyyənləşdi
Sxadadze Gürcüstana yollanıb
XXXVI turun oyun cədvəli açıqlandı

Digər idman növləri

Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq basketbol turnirinin qalibi müəyyənləşib

Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tələbələr arasında beynəlxalq basketbol turnirinin qalibi müəyyənləşib.

Futbolxeber.az saytının məlumatına görə, Elm və Təhsil Nazirliyi, Azərbaycan Basketbol Federasiyasının (ABF) birgə təşkilatçılığı ilə “Sərhədçi” İdman Mərkəzində final oyunu keçirilib.

Həlledici matçda yerli AzTU kollektivi ilə Rusiya təmsilçisi LDU üz-üzə gəliblər. Qonaq komanda qarşılaşmadan 82:58 hesablı qalibiyyətlə ayrılaraq, turnirin qalibi adına yiyələnib.

Üçüncü yer uğrunda oyunda yerli ADBTİA-nı 83:64 hesabı ilə məğlub edən TTK (Türkmənistan) isə bürünc mükafatçı olub.

Turnirin qalibi LDU-ya kuboku elm və təhsil nazirinin müavini Firudin Qurbanov, AzTU-ya gümüş medalları şöbə müdiri Elnur Əliyev, TTK tələbələrinə isə bürünc medalları ABF-nin icraçı direktoru Fərrux Mahmudov təqdim ediblər.

Turnirin ən dəyərli oyunçusu LDU-dan Kiril Lenkin seçilib. Ona mükafatı Azərbaycan Texniki Universitetinin prorektoru Rəşad Əliyev təqdim edib.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31