16 May 2024, Cümə axşamı
“Şamaxı” zirvəyə yüksəldi
Mirzov "Neftçi"dən ayrılır?
Mövsümün ən yaxşıları müəyyənləşdi
Sxadadze Gürcüstana yollanıb

Digər idman növləri

DÇ: Bir boksçumuz finalda, digəri bürünc medala sahib çıxdı

Azərbaycan millisinin boksçusu Alfonso Dominges Özbəkistanın paytaxtı Daşkənddə keçirilən dünya çempionatında finala yüksəlib.

Futbolxeber.az saytının məlumatına görə, 86 kq çəki dərəcəsində rinqə çıxan olimpiya mükafatçısı yarımfinalda Georgi Kuşitaşvili (Gürcüstan) ilə qarşılaşıb.

O, hər 3 raundu xeyrinə bitirib. Dominges yekunda rəqibini 5:0 (29:28, 29:28, 30:27, 30:27, 30:27) hesabı ilə məğlub edib. Dünya çempionu final döyüşünə mayın 14-də çıxacaq.

92 kq-dan yuxarı çəkidə mübarizə aparan digər təmsilçimiz Məhəmməd Abdullayev finala gedən yolda Fernando Lopes Arzola ilə üz-üzə gəlib. Rəqib qələbə qazandığından Abdullayev mundialı bürünc medalla başa vurub. Bu, onun böyüklər arasında ardıcıl eyni əyarlı ikinci mükafatı olub.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31