17 May 2024, Cümə
“Şamaxı” zirvəyə yüksəldi
Mirzov "Neftçi"dən ayrılır?
Mövsümün ən yaxşıları müəyyənləşdi
Sxadadze Gürcüstana yollanıb

Digər idman növləri

“Dünya Kuboku 2023”: Türkiyə komandası qaliblər sırasında

Bu gün Bakıda atıcılıq üzrə “Dünya Kuboku 2023”ün növbəti yarışları keçirilib.

Futbolxeber.az saytının məlumatına görə, qarışıq komandalar arasında 10 metr məsafəyə pnevmatik tüfəngdən atəş üzrə finala düşən iki Çin komandasından biri (Yuting Hvang və Lihao Şenq) qızıl, digəri (Jiling Vanq - Aoran Yanq) gümüş medala sahib olub.

Həmyerlilər finalı 16:14 hesabı ilə tamamlayıblar. Çexiya komandasını təmsil edən Aneta Brabçova - Frantisek Smetana cütlüyü 17:11 hesabı ilə Macarıstan təmsilçilərini önə çıxaraq bürünc medala yiyələniblər.

Ötən il Bakıda bol medallarla yadda qalan Türkiyə komandası bu gün ilk medalını qazanıb. Qarışıq komanda növündə 10 metr məsafəyə pnevmatik tapançadan atəş üzrə türkiyəli Şimal Yılmaz və İsmail Keleş cütlüyü İtaliya komandasını 17:9 hesabı ilə önləyərək bürünc medala layiq görülüb.

Hindistanlı Divya Tadigol Subaraju və Sarabjot Sinqh serbiyalı Zorana Arunoviç və Damir Mikeç duetinə 16:14 hesabı ilə qalib gələrək, yarışın qızıl medalçısı olublar.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31