16 May 2024, Cümə axşamı
Mirzov "Neftçi"dən ayrılır?
Mövsümün ən yaxşıları müəyyənləşdi
Sxadadze Gürcüstana yollanıb
XXXVI turun oyun cədvəli açıqlandı

Digər idman növləri

“Dünya Kuboku 2023”də növbəti qaliblər bəlli olub

Bakıda keçirilən atıcılıq üzrə “Dünya Kuboku 2023”ün növbəti mükafatçıları bəlli olub.

Futbolxeber.az saytının məlumatına görə, bu gün keçirilən qarışıq komandalar arasında 10 metr məsafəyə pnevmatik tüfəngdən atış yarışlarında qaliblərin adlarına aydınlıq gəlib.

Təsnifat mərhələsini uğurla başa vuran 4 komanda mükafatlar uğrunda mübarizəyə qoşulub.

Əvvəlcə 3-cü və 4-cü yerin sahibləri - Macarıstan və Çexiya komandaları bürünc medalın taleyinə aydınlıq gətiriblər. Aneta Brabçova və Frantisek Smetanadan ibarət Çexiya təmsilçisi 17:11 hesablı qələbə qazanaraq Dünya Kubokunu üçüncü yerdə başa vurub.

Qızıl medal uğrunda isə iki Çin komandası mübarizə aparıb. Yuting Hvang - Lihao Şenq ikilisi həmyerliləri Jiling Vanq - Aoran Yanq duetinə 16:14 hesabı ilə qalib gələrək qızıl medal qazanıb.

Qeyd edək ki, bu gün qarışıq komandalar arasında 10 metr məsafəyə pnevmatik tapançadan atış yarışlarında da qaliblər bəlli olacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31