16 May 2024, Cümə axşamı
Mirzov "Neftçi"dən ayrılır?
Mövsümün ən yaxşıları müəyyənləşdi
Sxadadze Gürcüstana yollanıb
XXXVI turun oyun cədvəli açıqlandı

Digər idman növləri

Heydər Əliyevin 100 illiyinə həsr olunan “Baku Open 2023”də VII tur yekunlaşıb

Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunan “Baku Open 2023” Beynəlxalq Şahmat Festivalında 7-ci turun görüşləri yekunlaşıb.

Futbolxeber.az saytının məlumatına görə, C qrupunda Azərbaycan təmsilçisi Şəmsi Qaraxanov ilk pillədə qərarlaşıb.

Onunla eyni xala malik Türkiyə şahmatçısı Ayaz Zeyrek əlavə əmsallara görə ikinci yerdədir. Sonrakı pillələrdə 6 xalı olan Hüseyn Qurbanov, Əhməd Hüseynov, Suat İbrahimli (hər üçü Azərbaycan), eləcə də, özbək Afruzbek Sobirov və Məmməd Məmmədzadə (Azərbaycan) müvafiq olaraq 3-7-ci yerlərdə qərar tutublar.

B qrupunda ilk sıralarda Azərbaycan idmançıları dayanıblar. Hərəyə 6,5 xal toplayan Eldar Musayev və Elcan Əbdülkərimli 1-2-ci yerdədirlər. Aktivində 6 xalı olan gürcüstanlı Akaki Qaliçava digər həmkarları ilə birgə 3-7-ci pillələrdədir.

A qrupunda liderlik uğrunda gərgin mübarizə davam edir. Gürcüstan təmsilçisi Tornike Sanikedze 6 xalla bütün həmkarlarını qabaqlayır. Hindistanlı Leon Mendonca və Azərbaycan şahmatçısı Məhəmməd Muradlı (hərəyə 5,5 xal) liderdən yarım xal geri qalırlar.

Qeyd edək ki, əsas turnirdə 23 ölkədən 140 şahmatçı iştirak edir. Festivalın mükafat fondu 55 000 dollar təşkil edir.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31