16 May 2024, Cümə axşamı
Mirzov "Neftçi"dən ayrılır?
Mövsümün ən yaxşıları müəyyənləşdi
Sxadadze Gürcüstana yollanıb
XXXVI turun oyun cədvəli açıqlandı

Digər idman növləri

Bakıda keçirilən atıcılıq üzrə “Dünya Kuboku 2023”ün ilk mükafatçıları müəyyənləşib

Bakıda keçirilən atıcılıq üzrə “Dünya Kuboku 2023”ün ilk mükafatçıları bəlli olub.

Futbolxeber.az saytının məlumatına görə, ilk olaraq kişilər arasında 10 metr məsafəyə pnevmatik tapançadan atəş üzrə yarışın final mərhələsi keçirilib.

8 idmançının medallar uğrunda yarışdığı finalda üçüncü yeri almaniyalı Robin Valter tutub. O, mərhələni 217.6 xalla başa vurub.

Gümüş medalı Ukrayna təmsilçisi Oleq Omelçuk əldə edib. O, 239.8 xal qazanıb.

Yarışın qalibi isə iranlı Sajad Purhüseyni olub. 240.2 xal toplayan idmançı rəqibini 0.4 xal qabaqlaya bilib.

Azərbaycan təmsilçisi Ruslan Lunyov bu yarışa qatılsa da, finala yüksələ bilməyib.

Qeyd edək ki, bu gün, həmçinin, qadınlar arasında da 10 metr məsafəyə pnevmatik tapançadan atəş üzrə yarışın qalibi bəlli olacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31