16 May 2024, Cümə axşamı
Mirzov "Neftçi"dən ayrılır?
Mövsümün ən yaxşıları müəyyənləşdi
Sxadadze Gürcüstana yollanıb
XXXVI turun oyun cədvəli açıqlandı

Digər idman növləri

İrəvandakı təxribata görə bayraq qadağası tətbiq olundu

Beynəlxalq Ağır Atletika Federasiyası (IWF) idmançılara mükafatandırmaya öz ölkələrinin bayraqları ilə gəlməsinə qadağa qoyub.

Futbolxeber.az saytının məlumatına görə, bu haqda IWF prezidenti Məhəmməd Calud "Inside the Games" portalına bildirib. Qurum Ermənistanda keçirilən Avropa çempionatının açılış mərasimi zamanı Azərbaycanın bayrağının yandırılmasından sonra belə qərar verib. Bundan başqa, 2022-ci ildə Albaniyada təşkil olunan yeniyetmələrin Avropa çempionatının mükafatlandırma məraasimi zamanı Ermənistan idmançısı tərəfindən Türkiyə bayrağına qarşı təxribat törədilib. Qərar verilərkən bu iki fakt əsas götürülüb.

Qərara əsasən, bundan sonra ağır atletika üzrə dünya və Avropa çempionatı zamanı medal qazanan idmançıların öz ölkələrinin bayraqları ilə mükafatlandırmaya gəlməsinə icazə verilməyəcək. Dövlət himni səsləndirilərkən bayraqlar yalnız zalda quraşdırılan monitorda nümayiş etdiriləcək.

IWF prezidenti məsələ ilə əlaqədar bildirib: "Biz idmanı, dünyanı təmsil edirik, kimin daha güclü olması ilə bağlı mübahisələri deyil. Biz İrəvanda baş verənləri, eləcə də keçən il kiçik podiumda idmançıların bir-birini itələdiyi insidenti nəzərə alırıq. Bunlar idman deyil".

Xatırladaq ki, ötən ay İrəvanda keçirilən Avropa çempionatının açılışı zamanı Azərbaycan dövlət bayrağı yarışa akkreditasiya olunan bir erməni millətçisi tərəfindən yandırılıb. Buna etiraz olaraq, Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsinin birgə qərarı ilə Azərbaycan millisi Avropa çempionatını tərk edib.

 

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31