16 May 2024, Cümə axşamı
Mirzov "Neftçi"dən ayrılır?
Mövsümün ən yaxşıları müəyyənləşdi
Sxadadze Gürcüstana yollanıb
XXXVI turun oyun cədvəli açıqlandı

Digər idman növləri

Hidayət Heydərov bürünc medalı da əldən verdi

Qətərin paytaxtı Dohada keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatı davam edir.

Futbolxeber.az saytının məlumatına görə, bu gün 73 kq. çəkidə mübarizə aparan, əsas medal ümidlərimizdən olan Hidayət Heydərov 1/16 finalda Adil Osmanova (Moldova), 1/8 finalda Cek Yonezukaya (ABŞ), 1/4 finalda isə Artur Margelidona (Kanada) qalib gəlib. İkiqat Avropa çempionumuz yarımfinalda italiyalı Manuel Lombardo ilə bacarmayıb.

Heydərov bürünc medal uğrunda görüşdə yaponiyalı altıqat dünya çempionu Soişi Haşimoto ilə qarşılaşıb və rəqibinə uduzub. Bununla da o, karyerasında 4-cü dəfə dünya çempionatının bürünc medalını qazanmaq şansını əldən verib.

Qeyd edək ki, daha əvvəl Balabəy Ağayev, Turan Bayramov (hər ikisi 60 kq), Orxan Səfərov (66 kq), Leyla Əliyeva, Könül Əliyeva (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva və Aydan Əliyeva (hər ikisi 52 kq) turniri medalsız başa vurublar. Mayın 10-da Səid Mollayi (81 kq) mübarizəyə qoşulacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31