16 May 2024, Cümə axşamı
Mirzov "Neftçi"dən ayrılır?
Mövsümün ən yaxşıları müəyyənləşdi
Sxadadze Gürcüstana yollanıb
XXXVI turun oyun cədvəli açıqlandı

Digər idman növləri

Azərbaycan millisi Afrika çempionatında iştirak edəcək

11-18 may tarixlərində Tunisin paytaxtı Tunis şəhərində ağır atletika üzrə 33-cü Afrika çempionatı keçiriləcək.

Futbolxeber.az saytının məlumatına görə, yarışda Azərbaycan yığma komandasının üzvləri də iştirak edəcəklər. Qadınların yarışında ölkəmizi Nazilə İsmayılova (45 kq), kişilərin yarışında isə İsa Rüstəmov (67 kq) və Ömər Cavadov (73 kq) təmsil edədəck.

Azərbaycan yığmasının başqa qitənin çempionatında çıxışına səbəb bu ilin aprelində İrəvanda keçirilən Avropa çempionatında məlum səbəblərdən iştirak edə bilməməsidir. Tunisdə təşkil olunacaq yarış da Paris 2024 Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır və Beynəlxalq Ağır Atletika Federasiyası tərəfindən Azərbaycan komandasına alternativ imkan kimi bu turnirdə qüvvəsini sınamaq təklif olunub. Azərbaycan Ağır Atletika Federasiyası bu təklifi qəbul edib. İrəvanda yarışa bilməyən idmançılarımız Tunisdə körpücük üzərinə çıxacaq və əldə etdikləri nəticələrə uyğun olaraq qazandıqları lisenziya xalları ümumi Olimpiya təsnifat sistemində qeydə alınacaqdır.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31