16 May 2024, Cümə axşamı
“Şamaxı” zirvəyə yüksəldi
Mirzov "Neftçi"dən ayrılır?
Mövsümün ən yaxşıları müəyyənləşdi
Sxadadze Gürcüstana yollanıb

Digər idman növləri

Dünya çempionatı: Daha üç cüdoçumuz medala həsrət qaldı

Azərbaycanın daha üç cüdoçusu Qətərin paytaxtı Dohada keçirilən dünya çempionatını medal qazana bilməyib.

Futbolxeber.az saytının məlumatına görə, Avropa çempionu Orxan Səfərov (66 kq) 1/16 final mərhələsində Daikli Boubanı (Fransa) məğlub etsə də, Elios Manziyə (İtaliya) uduzub.

Qadınların yarışında Gültac Məmmədəliyeva (52 kq) 1/16 finalda Sofia Fioranı (Argentina) mübarizədən kənarlaşdırıb, amma  Amandine Buçarda (Fransa) yenilib. Eyni çəkidəki Aydan Əliyeva 1/32 finalda Erza Muminoviqdən (Kosova) güclü olsa da, Odette Giuffrıde (İtaliya) ilə bacarmayıb.

Qeyd edək ki, Azərbaycan dünya çempionatında 13 cüdoçu ilə təmsil olunur. Daha əvvəl 60 kq-dakı Balabəy Ağayev ilə Turan Bayramov, 48 kq-dakı Leyla Əliyeva və Könül Əliyeva turniri medalsız başa vurublar. Yarış mayın 14-də başa çatacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31