16 May 2024, Cümə axşamı
Mirzov "Neftçi"dən ayrılır?
Mövsümün ən yaxşıları müəyyənləşdi
Sxadadze Gürcüstana yollanıb
XXXVI turun oyun cədvəli açıqlandı

Digər idman növləri

Azərbaycan çempionatında təxirə salınmış oyunlar keçirilib

Kişi həndbolçuların Azərbaycan çempionatında təxirə salınmış iki turun oyunları keçirilib.

Futbolxeber.az saytının məlumatına görə, qarşılaşmalar "AHF Arena"da baş tutub.

VII turun "Təhsil" - "Məhsul" görüşü daha çox diqqət çəkib. Fasiləyə 1 top fərqi ilə üstün yollanan nominal meydan sahibləri 2-ci hissədə rəqibin ciddi müqaviməti ilə üzləşiblər. Buna baxmayaraq, "Təhsil" matçı qələbə ilə başa vurub - 21:20. Bu komandaların VIII tura təsadüf edən qarşılaşmasında da "Təhsil" 17:16 hesablı qələbə qazanıb.

"Dinamo" U 16-nı hər iki turda məğlub edib. VII turda 54:22 hesabı ilə üstün olan "dinamoçular" digər görüşdə də böyük hesablı qələbəyə seviniblər - 60:32.

"Bakı" da hər iki turun oyununda rəqibinə qalib gəlib. Paytaxtın eyniadlı komandası RİOEUGİM kollektivi ilə oyunlarda müvafiq olaraq 37:24 və 30:18 hesablı qələbə qazanıb.

Hazırda "İdman Akademiyası" 54 xalla turnir cədvəlinə başçılıq edir. "Dinamo" ondan 6 xal geri qalır. "Təhsil" 42 xalla 3-cü, "Məhsul" 41 xalla 4-cü yerdədir. 19 xalı olan "Bakı" 5-ci pillədə qərarlaşıb. RİOEUGİM və U-16 6 xalla autsayderdir.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31