22 Avqust 2025, Cümə
II turun hakim təyinatları açıqlandı
I Liqada yeni mövsümün püşkü atıldı
Qurban Qurbanovdan qələbə şərhi
“Qarabağ” “Ferensvaroş”a qalib gəldi

Digər idman növləri

Qusarda Gənclər Gününə həsr olunan üzgüçülük yarışı keçiriləcək

Qusar Olimpiya İdman Kompleksində 2 Fevral - Gənclər Gününə həsr olunan üzgüçülük yarışı keçiriləcək.

Futbolxeber.az saytının məlumatına görə, 2017, 2016, 2015, 2014, 2013, 2012, 2011 və 2010-cu il təvəllüdlü oğlan və qızlar arasında gerçəkləşəcək açıq birincilik Sumqayıt və Qusar Olimpiya İdman Komplekslərinin birgə təşkilatçılığı ilə baş tutacaq.

Turnir üzgüçülük idman növünün təbliği, inkişafı və kütləviliyinə nail oluması məqsədi ilə təşkil edilib.

Beynəlxalq Üzgüçülük Federasiyasının mövcud qaydaları çərçivəsində keçiriləcək turnirdə ilk üç yeri tutan idmançılar diplom və medallarla təltif olunacaq. Yarışa qatılanlar iştirakçı sertifikatı ilə mükafatlandırılacaq. Turnir şəxsi xarakter daşıyır (qeydiyyat 10 manat).

Yarışa qatılan üzgüçülərin ezamiyə xərcləri (nəqliyyat, yemək və yataq) öz hesablarınadır.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31