26 Aprel 2024, Cümə
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda

Digər idman növləri

Albert Aqarunovun yubileyinə həsr olunmuş turnir başa çatıb

Azərbaycanın Milli Qəhrəmanı, tankçı Albert Aqarunovun 50 illik yubileyinə həsr olunmuş karate üzrə “Olimpiya ümidləri” beynəlxalq uşaq turniri başa çatıb.

Futbolxeber.az saytının məlumatına görə, “Sərhədçi” Olimpiya İdman Mərkəzində yarışın nətisələrinə əsasən 25 qızıl, 20 gümüş və 25 bürünc medal qazanan “Qara Qaplan” klubu birinci yeri tutub.

8 qızıl və 2 bürünc mükafata sahib olan “Zirvə” komandası ikinci, 7 qızıl, 10 gümüş və 24 bürünc medal əldə edən “Arpaçay” klubu isə yarışı üçüncü pillədə tamamlayıb.

Gənclər və İdman Nazirliyi, Azərbaycan Karate-Do Federasiyaları Assosiasiyası, Azərbaycan Milli Karate Federasiyası, Veteran Tankçılar Birliyi və Azərbaycan Dağ Yəhudiləri Dini İcmasının birgə təşkil etdiyi beynəlxalq xatirə turniri keçirilib.

Turnirdə Azərbaycandan başqa, Özbəkistan, Türkmənistan və Ukraynadan 30 regionu təmsil edən 65 klubun tərkibində 734 aşağı yaşlı karateçi mübarizə aparıb.

Müxtəlif yaş qrupları və çəki dərəcələri üzrə nəticələr, medalsçıların siyahısı və digər statistik göstəricilərlər buradan tanış ola bilərsiniz.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30