26 Aprel 2024, Cümə
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda

Digər idman növləri

Voleybol millimiz yenə uduzdu

Voleybolçu qadınlardan ibarət Azərbaycan milli komandası Yaponiyadakı dünya çempionatında çıxışını başa vurub.

Futbolxeber.az saytının məlumatına görə, F qrupunda yer alan Faiq Qarayevin komandası II mərhələnin 4-cü oyununda da uduzub. Yığmamız bu dəfə Bolqarıstana məğlub olub - 0:3 (19:25, 20:25, 20:25).

Bunadək İtaliya, Çin və Türkiyə yığmalarına məğlub olan Azərbaycan millisi ilk turun nəticələrindən sonra III mərhələyə vəsiqə qazanmaq şansını itirib. Komanda III mərhələni 6 xalla sonuncu - 8-ci pillədə başa vurub.

Qeyd edək ki, bu gün F qrupunda İtaliya - ABŞ, Türkiyə - Tailand, Çin - Rusiya oyunları keçiriləcək. Hazırda İtaliya 24 xalla liderdir. Çin 21, ABŞ 19, Rusiya 18, Türkiyə 12, Bolqarıstan və Tailand isə 11 xala malikdir. İlk 3 yeri tutanlar III mərhələyə vəsiqə qazanacaqlar.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30