26 Aprel 2024, Cümə
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda

Digər idman növləri

İspaniya Cüdo Federasiyasının idman direktoru: "Bakıda əla təşkilatçılıq gözləyirəm"

“Cüdoçularımız xeyli vaxtdır bu yarışa hazırlaşırlar. Onlar texniki və taktiki baxımdan çox yaxşı toplanış keçiblər. Hər birinin məqsədi dünya çempionatında medal qazanmaqdır”.

Futbolxeber.az saytının məlumatına görə, bunu İspaniya Cüdo Federasiyasının idman direktoru Sara Alvarez Menendez Bakıda keçiriləcək dünya çempionatı haqda danışarkən deyib. O, bütün çəki dərəcələrində medal qazanmağa çalışacaqlarını vurğulayıb: “Bu, çətin olsa da, mümkünsüz deyil. Hər bir ispaniyalı cüdoçu mənim sevimlimdir. Ona görə də konkret kimlərdən medal gözlədiyimi söyləyə bilmərəm”.

Federasiya rəsmisi Azərbaycan cüdoçuları barədə müsbət fikirdə olduğunu və Bakıda əla təşkilatçılıq gözlədiyini söyləyib: “Azərbaycan cüdoçularının əksəriyyəti güclü və əməksevərdirlər. Digər dünya çempionatlarında olduğu kimi, Bakıda da əla təşkilatçılıq gözəyirəm”.

Qeyd edək ki, cüdo üzrə dünya çempionatı 20 - 27 sentyabrda Milli Gimnastika Arenasında təşkil olunacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30