26 Aprel 2024, Cümə
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda

Digər idman növləri

Zamiq Atakişiyevdən 5-ci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə növbəti döyüşünü keçirib.

Futbolxeber.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, 32 yaşlı idmançımız Rusiyanın Yekaterinburq şəhərində təşkil olunan “Extra Round” seriyalı turnirdə qüvvəsini sınayıb.

Atakişiyev “Extra Round 7” şousunun 9-cu döyüşündə rinqə çıxıb. Superağır çəki dərəcəsində (+90,7 kq) mübarizə aparan Zamiq Boliviya idmançısı Saul Farah ilə 6 raundluq döyüşdə üz-üzə gəlib.

Peşəkar rinqdə 6-cı sınağına çıxan təmsilçimiz zəngin təcrübəyə malik (65 qələbə, 3 heç-heçə, 23 məğlubiyyət) cənubi amerikalını məğlub edib. Saulun döyüşü davam etdirməkdən imtinası Atakişiyevin texniki nokautla qalib gəlməyini rəsmiləşdirib. Bu, hesabında 1 heç-heçə olan boksçumuzun 5-ci qələbəsi olub.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30