19 Mart 2024, Çərşənbə axşamı
“Ağ-qaralar”ın “Black Friday”i
"Qarabağ" və "Sabah" qalib gəldi
Orxan Əliyev: “Heyif o epizodlardan...”
Sxadadze: “Təzyiq böyükdür”

Digər idman növləri

“Qəbələ”li idmançı AÇ-nin gümüş medalını qazandı

“Qəbələ” İdman Klubunun və Azərbaycan milli komandasının boksçusu Kamran Şahsuvarlı növbəti uğurunu qazanıb. Futbolxeber.az-ın məlumatına görə, Rio-2016-nın bürünc, İslam Həmrəyliyi Oyunlarının gümüş mükafatçısı olan 25 yaşlı idmançı Ukraynanın Xarkov şəhərində keçirilən Avropa çempionatında fəxri kürsüyə qalxıb. 
 
O, Avropa çempionatının (AÇ) gümüş medalını qazanıb. 75 kq çəki dərəcəsində mübarizə aparan Şahsuvarlı qitə çempionatına 1/8 finaldan start verib. Kamran öncə irlandiyalı Emmet Brennan (5:0), 1/4 finalda almaniyalı Silvio Şyerleyə (4:1) qalib gəlib. Boksçumuz yarımfinalda macarıstanlı Zoltan Harcs üzərində qələbə (4:1) qazanıb. Kamran bu gün keçirilən final döyüşündə ukraynalı Aleksandr Xijnyakla görüşüb. Təmsilçimiz bu döyüşdən 0:5 hesablı məğlubiyyətlə ayrılaraq, 2-ci yeri tutub.
 
Yarışların əsasnaməsinə görə, 1/4 finala vəsiqə qazanan idmançılar bu il keçiriləcək dünya çempionatına vəsiqə qazandığından həm Kamran, həm də yarımfinalın bir addımlığında mübarizəni dayandıran digər boksçumuz Lorenzo Sotomayor (64 kq) mundialda çıxış etmək hüququ əldə edib. Dünya çempionatı avqustun 25-dən sentyabrın 3-dək Almaniyanın Hamburq şəhərində keçiriləcək.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31