26 Aprel 2024, Cümə
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda

Digər idman növləri

Misirli qalib, azərbaycanlı 9-cu oldu

Misirli qrossmeyster Bassem Amin 9 xaldan 8-ni toplayaraq Dubayda Birləşmiş Ərəb Əmirliklərinin mərhum prezidenti Zayed bin Sultan Al Nahyanın xatirəsinə həsr olunmuş şahmat turnirində qalib olub. Futbolxeber.az-ın məlumatına görə, moldavan Viorel İordakesku misirli qrossmeysterlə eyni sayda xal toplayıb, İspaniya təmsilçisi Viktor Moskalenko ondan yarım xal geri qalıb.
 
Bu yarışda Azərbaycanı beynəlxalq qrossmeyster Elmar Məhərrəmov təmsil edib. O, 6,5 xal toplayaraq 9-cu yeri tutub. Aktivində 4 qələbə və 5 heç-heçə oyun var.
 
Dubay turnirində 25 ölkədən 135 şahmatçı, o cümlədən on qrossmeyster iştirak edib. İsveçrə sistemi üzrə keçirilmiş turnir 9 turdan ibarət olub. (AZƏRTAC)
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30