26 Aprel 2024, Cümə
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda

Digər idman növləri

Boksçularımız üçün mundiala yol Avropa çempionatından keçəcək

Kişi boksçulardan ibarət Azərbaycan milli komandasının qatılacağı Avropa çempionatı mundiala seçim xarakteri daşıyacaq. Futbolxeber.az-ın məlumatına görə, iyunun 14-26-da Ukraynanın Xarkov şəhərində təşkil olunacaq qitə birinciliyi Avropanın dünya çempionatındakı təmsilçilərinin adlarına aydınlıq gətirəcək.
 
Avqustun 25-dən sentyabrın 3-dək Almaniyanın Hamburq şəhərində keçiriləcək dünya çempionatına seçim sisteminə əsasən “köhnə qitə”dən mundiala yollanacaq boksçular yalnız Xarkovda müəyyənləşəcək. Qaydalara görə, dünya çempionatında iştirak hüququ 5 qitənin birinciliyində veriləcək.
 
Hamburqda 10 çəki dərəcəsinin hərəsində 28 nəfər olmaqla, ümumilikdə 280 boksçu mübarizə aparacaq. Hər çəki dərəcəsində 1 idmançı ev sahibi Almaniyanı təmsil edəcəksə, daha 1 yeri AİBA müəyyənləşdirib, həmin boksçuya “wild card” verəcək. Digər 26 iştirakçı isə qitə çempionatları arasında bölüşdürülüb.
 
Ən çox yer Avropa çempionatına verilib ki, “köhnə qitə” hər çəki dərəcəsində 8 idmançı ilə təmsil olunmaq hüququna malikdir. Bu isə o deməkdir ki, Xarkovda 1/4 finala çıxacaq hər bir boksçu mundiala vəsiqəni təmin edəcək. Yığmamızın dünya çempionatındakı iştirakçıları da Avropa birinciliyində yarımfinalın 1 addımlığınadək irəliləyəcək boksçulardan ibarət olacaq. 1/4 finala yüksəlməyən idmançılar isə “wild card”a ümid edəcəklər.
 
Dünya çempionatındakı digər yerlər 4 qitə arasında bölüşdürülüb. Asiya və Amerikanın hərəsi hər çəkidə 6, Afrika 4 və Okeaniya 2 idmançı ilə təmsil olunacaq.
 
Qeyd edək ki, milli komandamız Avropa çempionatına 10 boksçu ilə yollanacaq.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30