26 Aprel 2024, Cümə
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda

Digər idman növləri

Stadnikdən altıncı çempionluq

Serbiyanın Novı Sad şəhərində güləş üzrə Avropa çempionatı start götürüb. 
 
Futbolxeber.az-ın məlumatına görə, ilk yarış günündə 57 və 86 kq sərbəst, 48 və 63 kq çəki dərəcəsində isə qadın güləşçilər mübarizə aparıb. İdmançılarımız günü 2 qızıl və 1 gümüş medalla başa vurub. 
 
57 kq çəki dərəcəsində yarışan sərbəst güləşçimiz Giorgi Edişeraşvili Belarus, Fransa, yarımfinalda isə Rusiyalı rəqibini mübarizədən kənarlaşdıraraq finala yüksəlib. Həlledici görüşdə təmsilçimizin rəqibi Rumıniya idmançısı olub. Rəqibinə şans verməyən Giorgi Edişeraşvili çempionatın qızıl medalını qazanıb.  
 
86 kq çəkidə mübarizə aparan Aleksandr Qostiyev Polşa, Ermənistan, yarımfinalda isə Türkiyə təmsilçisini məğlub edərək finala yüksəlib. Finalda təmsilçimiz Rusiya idmançısına uduzub və çempionatın gümüş medalına sahib olub.  
 
Qadın güləşçilərin yarışında isə 48 kq-da mübarizə aparan 5 qat Avropa çempionu və ilk Avropa Oyunlarının qalibi Mariya Stadnik finala qədər bütün rəqiblərindən üstün olub. Ardıcıl olaraq Polşa, Türkiyə və Rumıniyadan olan rəqiblərini tam üstünlüklə məlub edən Mariya finala yüksəlib. Həlledici görüşdə Ukrayna idmançısı İlona Semkiv üzərində vaxtından əvvəl qələbə qazanan Mariya Stadnik Avropa çempionatının 6-cı dəfə qızıl medalına sahib olub.  
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30