26 Aprel 2024, Cümə
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda

Digər idman növləri

Şahmatçılar futbol oynadı

Vüqar Həşimovun xatirəsinə həsr olunan “ShamkirChess-2017” turnirinin iştirakçıları və təşkilatçılar arasında futbol turniri keçirilib. 
 
Futbolxeber.az-ın məlumatına görə, Şəmkir Olimpiya İdman Kompleksində təşkil olunan yarışda 4 komanda mübarizə aparıb.  Şahmatçılardan ibarət kollektiv, "Synergy Group", "Media" və Şəmkir Rayon İcra Hakimiyyətinin əməkdaşlarından ibarət komandalar qalib adı uğrunda mübarizə aparıblar.
 
Püşkə əsasən ilk görüşdə şahmatçılar və media nümayəndələri qarşılaşıb. Matç bərabərliklə (3-3) başa çatdığından qalib penaltilərlə müəyyən edilib. Media komandası 11 metrlik zərbələrdə daha dəqiq olaraq adını finala yazdırıb. 
 
Digər matçda isə “Synergy Group” və Şəmkir RİH qarşılaşıb. Qarşılaşmanı dölvlət qulluqçuları 5-2 hesabı ilə qalib başa vurub. Final oyununda "Media" və Şəmkir RİH qarşılaşıb. Şəmkir Rayon İcra Hakimiyyətinin əməkdaşları 5-3 hesabı ilə qələbə qazanmaqla turnirin qalibi olub. Şəmkir RİH komandası çempionatın təşkilatçıları tərəfindən kubokla mükafatlandırılıb. Qalibə mükafatı Şəmkir Rayon İcra Hakimiyyəti başçısının müavini, YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev təqdim edib.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30