26 Aprel 2024, Cümə
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda

Digər idman növləri

“Dövlət başçımız mənə “şahmatçıdan çox güləşçiyə oxşayırsan” dedi”

“Rəqibim güclü qrossmeyster idi. Hər şey plana uyğun idi. Təssüf ki, Harikrişna səhv etmədi. Ona görə də görüş heç-heçə ilə tamamlandı. Yekunda son şans olaraq rəqibə tələbə qursam da, o, aldanmadı”. Futbolxeber.az saytının məlumatına görə, bu sözləri azərbaycanlı şahmatçı Vasif Durarbəyli deyib.

Bakıda  keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasının üçüncü turunda ikinci millimiz Hindistanla qarşılaşır. Birinci lövhədə yarışan Durarbəyli Harikrişna ilə heç-heçəyə razılaşıb.

Partiyadan sonra keçirilən mətbuat konfransında Vasif Durarbəyli ilk günlər uyğunlaşma ilə bağlı problem yaşadığını bildirib: “Birinci tur mənim uğurlu keçmədi. Mozambik şahmatçısı ilə görüşdə 1 səhv etdim və yekunda heç-heçə qeydə alındı. Halbuki bir piyada üstün idim. İlk günlər çətinliklər oldu. Amerikadan gəldiyim üçün saat fərqinə uyğunlaşmaq üçün vaxt lazım idi”.

Amerikada təhsil alan şahmatçımız bunun elə də asan olmadığını söyləyib: “Dərslə şahmat asan alınmır. Bura gəldikdən sonra kapitanımız ev tapşırıqlarını yerinə yetirməyə imkan vermir. Geri qayıtdıqdan sonra gecə-gündüz oxuyacağam ki boşluğu aradan qaldırım”.

Durarbəyli birinci löhvədə mübarizə aparmasının səbəbini belə açıqlayıb: “Reytinqə görə mən komandada ikinciyəm. Lakin belə qərara alındı ki, ilk lövhədə mübarizə aparım. Çünki güclülərə qarşı yaxşı oynayıram, zəiflərə qarşı pis. Məqsədim mümkün qədər çox xal toplamaqdı. Ən pis halda, güclü şahmatçılarla heç-heçə etməliyəm”.

Qrossmeyster komandasının məqsədi barədə bunları söyləyib: “Reytinqə görə 28-ciyik. İlk “20-lik”də yer almağımız realdı. Amma bu nəticəni uğur yox, uğursuzluq hesab edəcəyəm. Bizim üçün uğur ilk “10-luğ”a düşmək olar”.

Şahmatçımız gələcək planları ilə bağlı yekun qərar qəbul etmədiyini bildirib: “ABŞ-da iqtisadiyyatı öyrənirəm. Gələcək planlarımla bağlı qərar qəbul etməmişəm. Dərslər çox vaxt aparır. Vaxtım olanda şahmatla məşğul oluram. Orada da güclü oyunçular var. Vyetnamın bir nömrəsi mənim otaq yoldaşımdı. Qrossmeysterlər çoxdur. Sent Luis şahmat üçün uğurlu yerdi”.

Vasif Durarbəyli şahmatçılarımızın olimpiadadan öncə ölkə prezidenti İlham Əliyevlə görüşündə yaşanan maraqlı hadisədən də danışıb: “Cənab prezidentlə görüşümüz zamanı sıra mənə çatanda dövlət başçımız soruşdu ki sən də şahmatçısan? Dedim, bəli. İlham Əliyev “Şahmatçıdan çox güləşçiyə oxşayırsan” dedi. Daha əvvəl cüdo ilə məşğul  olmuşam. Amma ümidlərim çox tez puç olub. Mozambiklə ilk turdakı görüşdə heç-heçə etdikdən sonra düşündüm ki, cənab prezidentimiz haqlı idi”.

Sonda Durarbəyli ikinci komandamızın kapitanı Emil Sutovski barədə sualı cavablandırıb: “Sutovski neçə ildir bizimlə birgə “Odlar Yurdu”ndan çalışır. Bir-birimizi çox yaxşı tanıyırıq. Qərarları o qəbul edir. Lakin bizim fikirlərimizə də qulaq asır”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30