26 Aprel 2024, Cümə
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda

Digər idman növləri

Azad Rəhimov: “Bakı Şahmat Olimpiadası yüksək səviyyədə keçiriləcək”

Azərbaycan Respublikası Gənclər və İdman naziri Azad Rəhimov Bakıda keçiriləcək Şahmat Olimpiadasına hazırlığın gedişatı barədə məlumat verib. Futbolxeber.az saytına Bakı Şahmat Olimpiadasının Əməliyyat Komitəsinin mətbuat xidmətindən verilən məlumatda qeyd olunub ki, Nazir mötəbər yarışın yüksək səviyyədə təşkili üçün lazımi işlər aparıldığını bildirib: “Təşkilat Komitəsinin üzvləri ilə “Crystal Hall”da olduğumuz zaman bütün işlərlə tanış olduq. Bakı Şahmat Olimpiadası möhtəşəm arenada yüksək səviyyədə keçiriləcək. Olimpiada vaxtı yarış zalının tərtibatıyla yanaşı, eyni zamanda təhlükəsizlik məsələləri, tibb otağı və media mərkəzinin olacağı məkanlar müzakirə olundu. Hazırda təşkilati işlər plan üzrə davam edir. Mötəbər yarışın yüksək səviyyədə keçirilməsi üçün bütün işlər görüləcək”.

Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsinin direktoru, Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov görülən işlər barədə məlumat verib: “Crystall Hall”da olduğumuz vaxt yarış məkanı ilə daha yaxından tanış olduq. Yarış məkanı təkcə partiyaların oynanılacağı zaldan ibarət deyil. Bura həm də rəsmilərin olacağı məkan, tibb otağı, media mərkəzi, tamaşaçıların oyunları izləyəcəyi yer aid olunur. Azərbaycan Respublikası Baş nazirinin birinci müavini, Bakı Şahmat Olimpiadası Təşkilat Komitəsinin sədri Yaqub Eyyubovun tövsiyələri oldu.

Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsi tərəfindən bu günə qədər nəzərdə tutulan işlər yerinə yetirilib. Demək olar ki, biz həlledici son mərhələyə hazırıq. Mötəbər yarışın yüksək səviyyədə keçirilməsi üçün lazımi işlər görüləcək. Artıq məlumdur ki, Olimpiadada 2200-dən artıq şahmatçı mübarizə aparacaq. Ümumilikdə 42-ci Bakı Şahmat Olimpiadasına gələcək iştirakçılar, rəsmilər, qonaqların sayı 3000-dən artıq olacaq. Hazırda 176 ölkənin iştirakı gözlənilir. Dünya idman təqvimində ən yüksək təmsilçiliyi olan yarışlardan biri sayılır”.

Qeyd edək ki, Bakıda təşkil olunacaq Şahmat Olimpiadası sentyabrın 1-də start götürəcək və 14-də başa çatacaq. Ölkəmizdə ilk dəfə baş tutacaq mötəbər yarış “Crystal Hall”da keçiriləcək. Olimpiada günlərində paytaxtımızda həm də FİDE konqresinin növbəti iclası olacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30