26 Aprel 2024, Cümə
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda

Digər idman növləri

Cüdoçumuz Kubada qızıl medal qazandı

Kubanın paytaxtı Havanada cüdo üzrə Qran-Pri yarışları davam edir. Futbolxeber.az-ın məlumatına görə, yarışın ikinci günüdə Azərbaycan milli komandasının daha 3 üzvü qüvvəsini sınayıb.

Dünya reytinqində lider olan cüdoçumuz Rüstəm Orucov yarışa ikinci mərhələdən qoşulub. 73 kq çəki dərəcəsində çıxış edən Orucov finala gedən yolda öncə Çernoqoriya təmsilçisi Nikola Qusiçə, daha sonra italiyalı Enriko Parlatiyə qalib gəlib. 1/4 finalda qanalı Emmanuel Nartey üzərində qələbə qazanan cüdoçumuz yarımfinalda Monqolustan idmançısı Odbayar Qanbatarı da məğlub edərək adını finala yazdırıb. Həlledici qarşılaşmada BƏƏ təmsilçisi Viktor Skvortova vazari fəndi ilə qalib gələn Rüstəm Orucov Kuba Qran-Prisinin qızıl medalını qazanıb.

81 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Rüstəm Alimli Qran-Pridə 1/4 finala qədər yüksələ bilib. Lakin bu mərhələdə məğlub olan Alimli təsəlliverici görüşlərə qatılıb. İlk qarşılaşmasında məğlub olan cüdoçumuz 7-ci yeri tutub.

81 kq çəki dərəcəsindəyarışan digər təmsilçimiz Əbdülhəq Rəsullu  isə mübarizəni erkən dayandırıb.

Beləliklə, Kuba Qran-Prisində cüdo üzrə Azərbaycan milli komandasının aktivində 1 qızıl və 1 bürünc medal var.

Qeyd edək ki, Qran-Prinin ilk günündə Orxan Səfərli (60 kq) bürünc medal qazanıb.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30