26 Aprel 2024, Cümə
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda

Digər idman növləri

Azərbaycan olimpiadaya 30-cu lisenziyanı qazandı!

Azərbaycan taekvondoçusu Fəridə Əzizova 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya qazanıb. Futbolxeber.az-ın "Report"a istinadən verdiyi məlumata görə, qadınlar arasında 67 kq çəki dərəcəsində yer alan Əzizova bu uğura Türkiyənin İstanbul şəhərində keçirilən Avropa Olimpiya Təsnifat Turnirində nail olub.

O, müvafiq olaraq, makedoniyalı Petra Matiyaseviç (4:1), ukraynalı Tatyana Teterevyanikova (3:0) və sloveniyalı Franka Aniç (1:0) üzərində inamlı qələbələr qazanaraq, karyerasında ikinci dəfə olimpiadada iştirak hüququna yiyələnib. Bu, Azərbaycanın 30-cu lisenziyası olub.

Ümumilikdə isə bu, 2015-ci ilin dekabr ayında Radik İsaevin 80 kq-dan yuxarı çəki dərəcəsində qazandığı lisenziyadan sonra Rio-2016-ya taekvondo üzrə qazanılan ikinci vəsiqədir. Yanvarın 17-də Azərbaycanın daha iki təmsilçisi - Patimat Abakarova (49 kq) və Milad Beigi Hərçəqani (80 kq) də lisenziya uğrunda mübarizə aparacaq.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30