7 Oktyabr 2025, Çərşənbə axşamı
"Turan Tovuz"da yeni müqavilə
Emin Mahmudov üçün yubiley
"Araz" Naxçıvana yollanır
Millimizin heyəti açıqlandı

Digər idman növləri

Məktəblilərin "Olimpiya Hərəkatı" başladı

"Olimpiya hərəkatı" layihəsi çərçivəsində keçirilən məktəblilərin Bakı şəhər birinciliyinin seçim yarışlarına start verilib. Futbolxeber.az-ın məlumatına görə, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi, Təhsil, Gənclər və İdman Nazirliyi tərəfindən təşkil edilən və "Coca-Cola" şirkəti tərəfindən maliyyələşən birinciliyin proqramına velosiped, basketbol (3x3), badminton və yüngül atletika idman növləri daxildir.

Proqrama əsasən, əvvəlcə məktəbdaxili yarışlar həyata keçirilməli, daha sonra rayonlar arasında ən güclülər müəyyənləşməlidir. Gələn ilin yanvarında keçirilməsi planlaşdırılan final mərhələsində isə Bakı şəhəri üzrə ən güclü komandaların adları məlum olacaq.

Məktəbdaxili seçim yarışları çərçivəsində artıq Binəqədi rayonu 126 saylı və Xətai rayonu 260 saylı məktəblərdə daxili yarışlar təşkil edilib. Noyabrın 12-13-də Nizami və Nəsimi rayonlarının müvafiq olaraq 251 və 54 saylı orta məktəblərində seçim prosesi aparılacaq. Noyabrın 16-dan etibarən isə rayon çempionatlarına start veriləcək.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31