26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Digər idman növləri

Milli Olimpiya Komitəsində daha 5 idmançımız mükafatlandırıldı

Bu gün Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında Bakı-2015 I Avropa Oyunlarının mükafatçıları ilə ənənəvi görüş keçirilib. Futbolxeber.az-ın məlumatına görə, budəfəki tədbirdə MOK-un vitse-prezidenti Xəzər İsayev və Avropa Oyunlarında Azərbaycan nümayəndə heyətinin rəhbəri Könül Nurullayeva iştirak edib.

MOK rəsmiləri qızıl mükafatçı Mariya Stadnik (qadın güləşi, 48 kq), bürünc mükafatçılar Natalya Sinişin (qadın güləşi, 55 kq) və idman gimnastikası üzrə millimizin üzvlərini (Oleq Stepko, Petro Paknyuk və Eldar Səfərov) mükafatlandırıblar.

Xəzər İsayev qısa nitqində idmançıları təbrik edib və Azərbaycanın qarşıdakı günlərdə daha çox medallar qazanacağına inandığını bildirib. Ardından dünənki medalçılar bir-bir səhnəyə dəvət edilib və mükafatlarını alıblar.

Sonda isə dünən Azərbaycanın aktivinə medal yazdıran idmançılar növbə ilə xüsusi şərəf lövhəsinə imza atıblar (apasport.az).




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30