19 Mart 2024, Çərşənbə axşamı
“Ağ-qaralar”ın “Black Friday”i
"Qarabağ" və "Sabah" qalib gəldi
Orxan Əliyev: “Heyif o epizodlardan...”
Sxadadze: “Təzyiq böyükdür”

Digər idman növləri

“Bakı 2015”in məşəli İsmayıllıda

Birinci Avropa Oyunlarının qədim Atəşgah məbədində alovlandırılan məşəli mayın 26-da İsmayıllı şəhərinə gətirilib. Futbolxeber.az-ın “Azərtac”a istinadən verdiyi məlumata görə, şəhərin girişində, Nizami Gəncəvi küçəsində qurulan I Avropa Oyunlarının rəmzi qapısında məşəlin izdihamlı qarşılanma mərasimi olub. Mərasimə gələn insanların sürəkli alqışları altında məşəli karate üzrə dünya və Avropa çempionu Bayram Qəhrəmanov qəbul edib.

Sonra 10 nəfər məşəlçinin yürüşü başlanıb. Onlar məşəli növbə ilə bir-birinə ötürərək Nizami Gəncəvi küçəsindən və Heydər Əliyev prospektindən keçməklə 2,82 kilometr məsafə qət edərək, şəhərin mərkəzi meydanına gəliblər.

Burada yürüşçülər musiqi sədaları altında alqışlarla qarşılanıblar. Poverliftinq üzrə beşqat dünya və üçqat Avropa çempionu Kamil Qafarov Mədəniyyət Sarayının qarşısında quraşdırılan səhnəyə qalxaraq birinci Avropa Oyunlarının məşəlini alovlandırıb. İdman müəllimi Rəvan Qarayev isə ilk Avropa Oyunlarının çırağını yarışlar başa çatanadək saxlanılması üçün Heydər Əliyev Mərkəzinə təhvil verib.

Mərasimdə aprelin 26-da qədim Atəşgah məbədində ilk Avropa Oyunları məşəlinin alovlandırılması mərasiminin əks etdirildiyi videoçarx nümayiş olunub.

Musiqiçilərin zəngin repertuarlı konsert proqramı, bir-birini əvəz edən mahnı və rəqslər ismayıllılılara ikiqat bayram sevinci yaşadıb.

İlk Avropa Oyunları məşəlinin qarşılanması mərasimindən aldığı təəssüratı AZƏRTAC-ın müxbiri ilə bölüşən rayon sakini, ziyalı Hümbət Əsədov deyib: “Gözəl, unudulmaz, tarixi bir gündür. İnsanları, ən çox da gənclərimizi sevinc içində görməkdən fərəhlənirəm. Axı, necə də sevinməyim! Müstəqillik tarixi heç də uzaqda olmayan ölkəmizin bu cür möhtəşəm beynəlxalq tədbirə ev sahibliyi etməsi hamı kimi məndə də iftixar hissi doğurur. Bu, əlbəttə, Azərbaycanın beynəlxalq nüfuzundan, qüdrətli olmasından irəli gəlir”.

Rayon sakini gənc şahmatçı, beynəlxalq dərəcəli usta, şahmat məsələlərinin əyani həlli üzrə dünya çempionu Ramil Cavadov isə sevincini belə ifadə edib: “Bugünkü mərasim bir idmançı kimi məni ikiqat sevindirir. Birincisi, ona görə ki, qədim Atəşgah məbədində alovlandırılan və Azərbaycanın hər bir guşəsini qarış-qarış gəzən məşəl rayonumuza gətirilib, minlərlə ismayıllılı bu alovu coşqu ilə qarşılayıb. İkinci isə ona görə ki, bu tarixi hadisə ölkəmizdə bütün sahələrdə, o cümlədən idmanda qazanılan böyük uğurlardan xəbər verir. İyunun 12-28-də keçiriləcək “Bakı-2015” ilk Avropa Oyunları hazırda nəinki Avropanın, dünyanın diqqət mərkəzindədir. Hamı kimi, mən də yaxınlaşmaqda olan o günü səbirsizliklə gözləyirəm”.

Sonra birinci Avropa Oyunlarının məşəli Qəbələyə yola salınıb.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31