26 Aprel 2024, Cümə
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda

Digər idman növləri

Şəhriyar Məmmədyarov: “Karuanaya qarşı 2 saat hazırlaşmışdım, amma...”

Bakıda keçirilən Qran-Pri turnirinin 3-cü turunda Şəhriyar Məmmədyarov Fabiano Karuanaya uduzub. Futbolxeber.az-ın məlumatına görə, partiyadan sonra Məmmədyarov oyun haqda fikirlərini bildirib: "Azərbaycanda oyun istədiyim kimi alınmır. Bilmirəm problem nədədir. Digər ölkələrdə keçirilən yarışlarda reytinq toplayıram. Bakıda reytinqimi xərcləyirəm. Bu gün oyuna normal başladım. Ağlar ideya axtarışında idi. Maraqlı partiya alındı, bütün gedişləri diqqətdə saxlayırdım. Çətinliklər başlayanda qarşısını almaq mümkün olmadı. Şəmkirdəki oyunumuzun təkrarı oldu. Karuanaya qarşı 2 saat hazırlaşmışdım. Bilirdim necə oynayacaq. Debütü təxmin etmişdim. Lakin istədiyimi reallaşdıra bilmədim”.

Fabiano Karuana isə qarşılaşmanı belə şərh edib: "Şəmkirdə Məmmədyarovla oyunumuz yadıma düşdü. Həmin oyun təkrarlandı. Topla gedişlər maraqlı alındı. Partiyanın gedişində üstünlük qazandım. Rəqib vəziyyəti dəyişmək istəsədə ona imkan vermədim. Fiqurların düzülüşü üstünlüyümü göstərirdi. Bəzi anlarda hazırlıqdan kənar oynamağa başladım. Yəni hazırlaşdığım deyil, özüm düşündüyümü oynadım. Məmmədyarova qarşı 2-3 saat hazırlaşmışdım. Sevinirəm ki, istirahət günü ərəfəsində qələbə qazandım”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30