26 Aprel 2024, Cümə
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda

Digər idman növləri

Azərbaycan millisi Milana yollandı

Azərbaycanın kayak və kanoe üzrə yeniyetmələrdən ibarət, 23 yaşadək və əsas milli komandaları uzunmüddətli təlim-məşq toplantısına yollanıb. Lent.az-ın məlumatına görə, yığmamız toplanış çərçivəsində Dünya Kubokunun mərhələ yarışlarında Avropa və dünya çempionatlarında da mübarizə aparacaq.
 
Baş məşqçi Aleksandr Kolıbelnikov və Anatoli Dudnik hazırlıq prosesinə 5 kanoeçi və 3 kayakçı cəlb edib. Heyət 18 – 20 apreldə Mingəçevirdəki “Kür” Olimpiya Təlim-Tədris Mərkəzində keçirilmiş Beynəlxalq “Prezident Kuboku-2014” reqatasının nəticələrinə əsasən müəyyənləşib. İdmançılarımızın əksəriyyəti 1993 – 1996-cı il təvəllüdlüdürlər. Beləliklə, toplanışa kanoeçi Sergey Bezuqlıy (1984), Mikola Matviyçuk (1984), Taras Matviyçuk (1993), Anatoli Melnik (1993), Aleksey Kupin (1995) və Mikita Sablin (1996), həmçinin, kayakçı Tamerlan Mustafayevlə Aleksandr Piçugin (hər ikisi 1994) yollanıb.
 
Millimiz əvvəlcə mayın 2-də İtaliyanın Milan şəhərində start götürəcək Dünya Kubokunun I mərhələsinə qatılacaq. 3 gün davam edəcək yarışda 29 ölkədən 530 idmançı və məşqçi iştirakını təsdiqləyib. Elə bu məqsədlə yığmamız Milana yollanıb.
 
Ardından komandamızın üzvləri mayın 16-dan 18-dək Çexiyanın Raçitse şəhərində baş tutacaq Dünya Kubokunun II mərhələsində çıxış edəcəklər. Daha sonra yığmamız Belarusun Brest şəhərinə yollanaraq, həm 18 yaşadək, həm 23 yaşadək, həm də böyüklər arasında Avropa və çempionatlarına hazırlaşacaq. Aparıcı kayakçımız Tamerlan Mustafayev və kanoe üzrə 4 qat dünya və 4 qat Avropa çempionumuz Valentin Demyanenko hazırda zədələrinin müalicəsi ilə məşğuldurlar. Onların bərpa prosesini başa vurduqdan sonra hazırlıq prosesinə qoşulacaqları və dünya çempionatında mübarizə aparacaqları gözlənilir.
 
Qeyd edək ki, böyüklər arasında Avropa çempionatı 11 – 13 iyulda Almaniyanın Brandenburq əyalətində, dünya çempionatı 6 – 10 avqustda Rusiyanın paytaxtı Moskvada olacaq. Yeniyetmələr və 23 yaşadək kayak və kanoeçilər arasında Avropa çempionatı 26 – 29 iyunda Fransadakı Mant-en-İvelin əyalətində, dünya çempionatı 17 – 20 iyulda Macarıstanın Seqed şəhərində keçiriləcək.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30