Digər idman növləri
Sergey Karyakin: "Vüqar Həşimovun xatirə turnirində iştirak etməyi özümə borc bilirəm"
Rusiya şahmatçısı Sergey Karyakin "Shamkir Chess 2014" turnirinin rəsmi saytına müsahibə verib. Həmin müsahibəni təqdim edirik:
- Şəmkir Chess 2014 turnirində 2 tur arxada qalıb. Sizin təəssüratlarınızı bilmək maraqlı olardı...
- Şəmkirdə dünyanın güclü şahmatçıları toplaşıb. Həm A, həm B turnirində maraqlı partiyalar izlənilir. Rəqabət çox yüksəkdir. 2 turdan sonra aktivimdə 1 xal var. 3-cü tur Maqnus Karlsenlə mübarizə aparacam. Fikrimcə indidən hansı şahmatçının qalib gələcəyini söyləmək çətindir. Əsas mübarizə irəlidədir.
- Maqnus Karlseni dayandırmaq mümkün olacaqmı...
- Karlsen 2 turdan 2 xal toplayıb. Ötən gün Nakamuraya qalib gəldi. Güclü şahmatçıdır. Unutmaq olmaz ki, dünya çempionudur. Lakin heç kim Şəmkirə uduzmaq üçün gəlməyib. Karlsenin Şəmkirdə qələbə qazanacağını indidən söyləmək olmaz.
- Vüqar Həşimovla bağlı hansı xatirəni bizə danışa bilərsən?
- Vüqar mənim yaxın dostum olub. Onu itirmək şəxsən mənim üçün faciə oldu. Astanada keçirilən sürətli şahmat üzrə dünya çempionatında iştirak edəndə onunla tez-tez danışırdıq. Bir dəfə dedim ki, sənin yerin görsənir yarışda. Çünki, hamı bilirdi ki, Vüqar sürətli şahmatın mahir ustası idi. Onu dayandırmaq çətin məsələydi. Vüqar cavab verdi ki, Sergey sən həm öz yerinə, həm də mənim yerimə oyna. Şəmkir turnirində iştirakı özümə borc bilirdim. Həşimovun adı olan turnirdə mütləq iştirak etməliydim.
- Şəmkir haqda təəssüratlarını bilmək maraqlı olardı....
- İndiyə qədər yalnız Bakıda olmuşam. Şəmkir maraqlı şəhərdir. Təbiəti gözəldir. Düzünü deyim ki, çox istəyirəm ərtafı gəzmək imkanım olsun. Yəqin, istirahət günündə Şəmkirin mərkəzi yerlərinə getmək imkanı olacaq.
- Bəzi həmkarların "Shamkir Chess 2014" turnirini məşhur Linareslə müqayisə edir...
-"Shamkir Chess 2014" turniri Linaresdən geri qalmır. Təşkilatçılar yüksək səviyyədə turnir keçirir. Bizim üçün şərəfdir bu yarışda iştirak etmək. 6 şahmatçının iştirak etdiyi turnir 22-ci kateqoriyaya aiddir. Bu artıq rəqabətdən xəbər verir. Fikrimcə yarış ənənəvi olmalıdır. Əgər təşkilatçılar yarışı ənənəvi keçirsələr, "Shamkir Chess" gələcəkdə dünyanın ən nüfuzlu şahmat turnirlərindən biri olacaq.
- Shamkir Chess 2014 sənin üçün ardıcıl üçüncü türnirdir. Yorğunluq oyununa təsir edir...
- Bir qədər yorğunluq olur. Bəzən fikrim partiyadan yayınır. Amma şahmat bizim həyatımızdır. Bunun üçün ardıcıl üçüncü turnir olsa belə maraqla oynayıram. Karlsen, Nakamura, Rəcəbov, Məmmədyarovun iştirak etdiyi mübarizə maraqsız ola bilməz.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA-nın yeni baş katibi o olacaq - ÖZƏL
- “Sabah”da rəhbər dəyişikliyi: Yeni prezident o olacaq - ÖZƏL
- Fərid Qayıbov narazıdır: AFFA-nın konfransını boykot edəcək - ÖZƏL
- Milli komandamızın yeni baş məşqçisi müəyyənləşib: Mayın əvvəli Bakıya gəlir
- FİFA AFFA-nın konfransında azərbaycanca danışacaq - ÖZƏL
- Zaur Qəhrəmanovun “Neftçi”dən getməsinin səbəbi məlum oldu
- Asif Məmmədov: “Kimsə bunu sübut etsə, üzr istəməyə hazıram”
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Premyer Liqada klub sayının artırılması gündəmdədir”
- Rövşən Nəcəf: “Etimadı doğrultmaq üçün əlimdən gələni edəcəm”
- Qurbanovdan nümunəvi addım
- İcraiyyə Komitəsinin yeni üzvü “Neftçi”yə gəlişini şərh etmək istəmədi: “İnşallah gələn həftə...”
- Minifutbol millimizin heyəti narazılıqla qarşılandı, baş məşqçi danışmaq istəmədi
- Prezidentin nəvəsindən Qara Qarayevə dəstək
- Basketbol federasiyasının diqqətinə: Təhlükəsizliyə bu qədər biganə yanaşmaq olmaz!
- Azər Bağırov: “Futbolçular tapşırıqları icra etmirlər”
-
11:34
İvan Brkiç: “Neftçi”nin şərəfi uğrunda canımızı meydanda qoymalıyıq”
-
11:08
AFFA Salyanskini əfv etmədi
-
10:21
Samir Abasov “Barselona”nın prezidenti ilə görüşdü FOTOLENT
-
09:59
"Karvan"dan 4 qollu qələbə VİDEO
-
09:47
Mahir Emrelidən Azərbaycan cüdoçularına dəstək
-
09:30
Musa Qurbanlı oynamadı, komandası yenə uduzdu VİDEO
-
23:55
Azərbaycan millisindən 2 bürünc medal
-
23:07
Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb
-
21:31
Şahmat üzrə Azərbaycan çempionu bəlli oldu
-
20:42
Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
-
20:19
Cüdoçumuz Avropa çempionatının finalında uduzdu
-
18:28
"Bağçam"ın IV Şahmat Festivalı başa çatdı
-
17:50
U-17 millimiz Özbəkistana məğlub olub
-
17:36
AFFA Premyer Liqa klublarının maliyyə menecerləri üçün seminar keçirib
-
17:14
Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş futzal turniri başlayıb
-
16:43
Əliyar Ağayev Fatih Terimin komandasının oyununda
-
16:27
Ağadadaş Salyanski: “Bojoviç nə qərar versə, o da olacaq”
-
16:05
Şahin Bağırov Bərdədə voleybol klubunun ilk məşqini izləyib
-
15:52
Azərbaycanlı basketbol məşqçilərinə sertifikatlar təqdim olunub
-
15:38
PSJ-nin prezidenti "Qarabağ"ı təbrik etdi
-
15:11
"Qəbələ"nin futbolçusu əməliyyat olunub
-
14:49
Azərbaycanın üç bədii gimnastı Bolqarıstandakı turnirdə iştirak edəcək
-
14:04
PFL hakim təyinatlarını açıqladı
-
13:56
Juninyo: "Qarabağ"la 2 illik müqaviləm var, amma...”
-
13:25
Akrobatika gimnastikası üzrə ölkə birinciliyi və Bakı çempionatı start götürüb
-
13:12
AFFA rəsmisi UEFA-nın iclasında iştirak edib
-
13:00
Matias azarkeşlərdən üzr istədi, boykotu düzgün saymadı: “Klubun adı oyunçulardan üstün olmalıdır”
-
12:33
Musa Qurbanlı: "Yayda nələr olacağını birlikdə görəcəyik"
-
11:49
Üzgüçülük üzrə açıq Azərbaycan çempionatı start götürüb
-
11:27
Azərbaycanın idman gimnastı Dünya Kubokunda finala yüksəlib
-
11:14
"Atalanta" İtaliya kubokunun finalında VİDEO
-
11:06
Finalda təkrarlanan 6-cı cüt
-
10:58
"Mançester Yunayted" 3 xalı 4 qolla qazandı VİDEO
-
10:45
Patrik Andrade: “4 qolluq qələbələr üzümüzü güldürür”
-
10:32
"Trabzonspor" finala yaxınlaşdı VİDEO
-
10:23
“Qarabağ” “Neftçi”yə çatdı
-
10:11
Çempionluq yolunda "Liverpul"a ağır zərbə VİDEO
-
09:59
Azərbaycan kubokunda yeni rekord
-
09:47
PSJ-dən 4 qollu qələbə VİDEO
-
09:30
"Qəbələ"də 300-cü oyun
-
22:39
Qurban Qurbanov: “Bəli, mənə müəllim, hoca deyirlər, amma...”
-
22:14
Bojoviç: “...gözləmək lazımdır”
-
22:00
Avropa çempionatı: Azərbaycan boksçusu yarımfinala vəsiqə qazanıb
-
21:48
"Zirə" və "Qarabağ" finalda
-
21:26
"Qarabağ" - "Neftçi" matçında 5 qol VİDEO
-
20:11
Sxadadze: “Zirə” həm yaxşı oynadı, həm də xarakter göstərdi”
-
19:23
"Zirə"ni finala yüksəldən qələbə VİDEO
-
18:57
Rəşad Sadıqovdan qələbə şərhi VİDEO
-
17:05
Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazanıb
-
16:48
Region Liqası: Finalın yeri və başlama saatı müəyyənləşib