20 May 2024, Bazar ertəsi
"Ən zəif oyunlarımızdan biri idi"
"Qəbələ"dən ardıcıl 3-cü qələbə
Miodraq Bojoviçdən qələbə şərhi
"Zirə" və "Neftçi"dən vacib qələbə

Minifutbol

Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş mini futbol turniri keçirilib

SOCAR “Azərikimya” İB dəstəyi, “Sumqayıt” FK və Şimal Regional Futbol Federasiyasının təşkilatçılığı ilə Sumqayıt şəhərində müəssisə, təşkilat və idarələr arasında Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş mini futbol turniri keçirilib.

Futbolxeber.az saytının məlumatına görə, yarışda 12 komanda 2 qrupda mübarizə aparıb. Turnirin final qarşılaşmasında FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin komandası Abşeron-Xızı Regional Təhsil idarəsinin komandasını 2:0 hesabı ilə üstələyərək qalib adını qazanıb. Üçüncü yeri isə Sumqayıt Texnologiya Data Mərkəzinin kollektivi tutub.

Yarışın sonunda mükafatları “Sumqayıt” FK-nın vitse-prezidenti Aydın Xəlilov, Şimal Regional Futbol Federasiyasının prezidenti Abdulla Məmmədov, veteran futbolçu Telman Salahov və Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Elgün Hümbətov təqdim edib.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31