10 Aprel 2026, Cümə
Millimiz Gürcüstana məğlub oldu
Andrey Demçenko cəzalandırıldı
Etirazın cəzası məlum oldu - 15 min manat
Mirça Luçesku dünyasını dəyişdi

Futzal

Yevgeni Kukseviç: “Gözlədiyimizdən də yaxşı mübarizə apardıq”

Futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Yevgeni Kukseviç bu gün Gürcüstan yığması ilə keçirilən yoldaşlıq oyunu barədə danışıb.

Futbolxeber.az saytının məlumatına görə, təcrübəli mütəxəssis federasiyanın mətbuat xidmətinə açıqlamasında 2:4 hesablı məğlubiyyəti belə şərh edib:

“Yaxşı rəqibə qarşı oynadıq. Gürcüstan millisi bir neçə ay əvvəl Avropa çempionatının final mərhələsində çıxış edib. Güclü rəqibə qarşı gözlədiyimizdən də yaxşı mübarizə apardıq. Oyuna yaxşı başladıq. Əvvəldən yaratdığımız 2 real imkanı qola çevirə bilsəydik, hadisələr fərqli şəkildə davam edəcəkdi, əhval-ruhiyyə yaxşı olacaqdı. Əvəzində fərdi səhvlərdən 2 qol buraxdıq. Buna baxmayaraq, oyundan qopmadıq. Yenə şanslarımız oldu. Həmin imkanlardan istifadə edə bilsəydik, hesab xeyrimizə olacaqdı. Təəssüf ki, realizə baxımından “axsadıq”. Ümumi götürsək, bu görüş bizə çox lazım idi. Bunun xeyrini gələcəkdə görəcəyik. Bir məqamı da qeyd edim ki, bu gün bir neçə gənc futzalçıya meydana çıxmaq şansı yaratdıq. Vaxt etibari ilə bəlkə də meydanda az oldular, ancaq millinin oyun həyəcanını yaşadılar, atmosferi hiss etdilər”.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30