8 Aprel 2026, Çərşənbə
Mirça Luçesku dünyasını dəyişdi
Abbasov hirsindən planşeti qırdı
Berdiyev: "Çox vacib xallar itirdik"
"Qarabağ" 7 qolla qalib gəldi

Futzal

Millimizin baş məşqçisi: "Çətinliyə baxmayaraq, mübarizə aparmalıyıq"

Aprel ayında 4 yoldaşlıq oyunu keçirəcək futzal üzrə Azərbaycan millisinin təlim-məşq toplanışı davam edir.

Futbolxeber.az saytının məlumatına görə, komanda dünən də günü 2 məşqlə yekunlaşdırıb. Bu gün axşam saatlarında zala çıxacaq futzalçılar sabah – aprelin 8-də Bakı-Tbilisi reysi ilə Gürcüstana yola düşəcək.

Bakıdakı hazırlıqla bağlı millinin baş məşqçisi Yevgeni Kukseviç Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinə açıqlama verib.

Rusiyalı mütəxəssis rəqiblər haqda geniş danışmağa ehtiyac duymayıb: “Həm Gürcüstan, həm də Qazaxıstan millisi güclü rəqiblərdir. Gürcülər 2 ay əvvəl Avropa çempionatının final mərhələsində iştirak ediblər. Bu komanda son illər ciddi inkişaf mərhələsindən keçir. Qazaxıstan yığması isə reytinq cədvəlinin ilk “4-lüy”ündə qərarlaşıb. Bu komanda dəfələrlə həm Avropa, həm də dünya çempionatının final mərhələsində iştirak edib, eyni zamanda mükafatlar qazanıb. Bu da rəqibimizin güclü olmasından xəbər verir. Oyunlarına baxmışıq, necə oynadıqlarını bilirik. Belə qarşılaşmalar bizim üçün həm təcrübə qazanmaq, həm də payızda keçirəcəyimiz rəsm görüşlərə daha yaxşı hazırlaşmaq baxımından çox əhəmiyyətlidir”.

O, bir həftə ərzində 4 oyun keçirməyin ağır olmasına rəğmən, faydalı olacağını qabardıb: “FİFA-nın yoldaşlıq oyunları üçün nəzərdə tutduğu günlərdən maksimum istifadə etməyə çalışdıq. Oyunların ardıcıllığı belə formalaşdı. Çətin də olsa, ümumiyyətlə oynamamaqdansa, meydanda olmaq daha yaxşıdır. Bir daha qeyd edirəm, komandanın inkişafını və verilən tapşırıqların nə dərəcədə mənimsənildiyini yoxlamaq üçün, çətinliyə baxmayaraq mübarizə aparmalıyıq. Bu cür görüşlərdə nəticədən çox, meydanda görəcəyimiz işlər maraqlıdır. Oyunların çoxluğunu və ağırlığını nəzərə alaraq düşərgəyə 17 futzalçı dəvət etmişik”.

Qeyd edək ki, Azərbaycan millisi aprelin 9-da və 11-də Tbilisidə Gürcüstan, ayın 13-də və 15-də isə Aktauda Qazaxıstan yığması ilə qarşılaşacaq.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30