6 Aprel 2026, Bazar ertəsi
"Qarabağ" 7 qolla qalib gəldi
"Neftçi" "Sumqayıt”ı məğlub etdi
Azər Bağırov: "Uduzacağımızı gözləyirdim"
Kaxaber Sxadadzedən qələbə şərhi

Ölkə futbolu

Rəhim Həsənov Əliyar Ağayevi yenə haqsız çıxardı: “Turan Tovuz”un 2 penaltisi verilməyib

AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk oyunlarındakı mübahisəli epizodlar barədə fikirlərini bölüşüb.

Futbolxeber.az saytının məlumatına görə, o, hər iki qarşılaşmada qeydə alınan epizodlarla bağlı fikirlərini bölüşüb.

Həsənov "Turan Tovuz" - "Zirə" matçında (0:2) referi Əliyar Ağayevin 2 dəfə yanlış qərar verdiyini təsdiqləyib. Belə ki, o, "Turan Tovuz"un lehinə olan 2 penaltini təyin etməyib.

Xatırladaq ki, son 5 ayda artıq üçüncü dəfədir ki, Hakimlər Komitəsinin sədri Əliyar Ağayevi haqsız çıxarır. Buna qədər o, FİFA referisinin “Sumqayıt” - “İmişli” və “Karvan-Yevlax” - “Neftçi” matçlarında yanlış penalti təyin etdiyini açıqlamışdı.

Rəhim Həsənovun epizodları təhlil etdiyi həmin videonu təqdim edirik: 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30