5 Aprel 2026, Bazar günü
"Neftçi" "Sumqayıt”ı məğlub etdi
Azər Bağırov: "Uduzacağımızı gözləyirdim"
Kaxaber Sxadadzedən qələbə şərhi
"Zirə" Azərbaycan çempionu oldu

Ölkə futbolu

Joni Montiel: “Kim deyir ki, “Qarabağ” çempionluqdan əlini üzüb?”

“Qarabağ”ın yarımmüdafiəçisi Joni Montielin Futbolxeber.az saytına müsahibəsi

 

- Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk oyununda “Sabah”la bərabərə qaldınız. 2:2-lik heç-heçəni necə şərh edərdiniz?

- Çətin matç alındı. Olduqca gərgin görüş keçdi. Bununla belə, nəticəyə baxmayaraq, yaxşı oyun sərgilədik. Hər şey ikinci matçda məlum olacaq.

- Ardıcıl ikinci dəfə “Sabah”la ev oyununda məhsuldar heç-heçə qeydə alındı. Qələbə üçün nə çatışmır?

- Düşünürəm ki, sonuncu matçda daha yaxşı çıxış edən tərəf biz idik. Həqiqət budur ki, əlimizə düşən fürsətləri düzgün dəyərləndirmədik. Futbol belə bir oyundur. Cərimə meydançasında rəqibi həyəcanlandıra bilirdik. Növbəti matça qələbə əzmi ilə çıxacağıq.

- Cavab matçından gözləntiləriniz nədir?

- İkinci oyuna da yüksək əhval-ruhiyyədə çıxacağıq. Cavab matçında qələbə qazanmağa çalışacağıq. Komandamız yüksək səviyyədə çıxış edir. Düşünürəm ki, indi Çempionlar Liqasında olduğu kimi çox oyun keçirməməyimiz bizə fayda verəcək. Çünki bədənin istirahətə ehtiyacı olur. Çox uzun səfərlər edirdik və indi bütün diqqətimizi kuboka və liqaya yönəltmişik. Hazırda bizim üçün ən vacibi bu turnirləri yüksək nəticə ilə başa vurmaqdır.

- Matçın hakimləri barədə hansı fikirdəsiniz? Onların idarəçiliyindən razı qaldınız?

- Heç bir şey demək istəmirəm. Bu barədə danışmamağı üstün tuturuq. Hakimlərə hörmət edirik və belə bir matçı idarə etməyin çətin iş olduğunu bilirik. Yalnız öz oyunumuza diqqət yetirməliyik.

- Çoxları düşünür ki, “Kəpəz”ə məğlub olduqdan sonra “Qarabağ” çempionluqdan əlini üzüb...

- Xeyr, kim deyir ki, biz çempionluqdan əlimizi üzmüşük? Biz "Qarabağ"ıq, iddialı olmalıyıq. Matçlara pozitiv yanaşmaq lazımdır. Qarşıda hələ oyunlarımız var. Biz xallar əldə edə bilirik. Düzdür, indi çempionluğumuz birbaşa bizdən asılı deyil. Lakin qarşıdakı oyunlardan sonra baş verəcəkləri birlikdə görəcəyik.

- Yəni düşünürsünüz ki, "Qarabağ"ın Premyer Liqanı qazanmaq üçün şansları qalır?

- Əlbəttə. Buna şübhə etmirik. Dediyim ki, qarşıda matçlar var. Hələ heç nə başa çatmayıb. Biz çempionluq üçün döyüşəcəyik.

Azad Nuriyev








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30