6 Noyabr 2025, Cümə axşamı
Qələbəyə bərabər heç-heçə
Qurbanov BBC-yə danışdı
"Çelsi" Bakıya bu heyətlə gəldi
Ayın qolunun qalibi mükafatlandırıldı

Futzal

Vitali Borisovdan qələbə şərhi: "Bu gün daha yaxşı oynadıq"

UEFA Çempionlar Liqasının ilkin mərhələsində bu gün Estoniya çempionu “Sillamae Silla” ilə qarşılaşan “Araz-Naxçıvan” böyükhesablı qələbə qazanıb.
 
Futbolxeber.az-ın məlumatına görə, yerə rəqib qapısından 7 top keçirən ölkə çempionu qapısını toxunulmaz saxlayıb.
 
Matçdan sonra “qırmızı-ağlar”ın baş məşqçisi Vitali Borisov azfutzal.az saytına açıqlama verib.
 
O, oyunlarında inkişaf olduğunu bildirib: “Dünənki oyunla müqayisədə bu gün daha yaxşı oynadıq. Oyunumuzda sürət artmışdı. Düzdür, yenə qol epizodlarından istədiyimiz qədər faydalana bilmədik. Rəqibin də 4-5 qol epizodu oldu, amma qapıçılarımız yaxşı oynadı. Son addım qalıb. İnşallah, bu iki oyunda qaçırdığımız epizodları “Uddevalla” matçda realizə edərik”.
 
Qeyd edək ki, ilk oyunda Şimali İrlandiyanın  “Sparta Belfast” klubuna  7:1 hesabı ilə qalib gələn "Araz-Naxçıvan" avqustun 24-də İsveçin “Uddevalla” klubu ilə qarşılaşacaq.







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30