17 Avqust 2019, Şənbə
"Qarabağ" "Keşlə"ni qəbul etdi
"Neftçi" erkən qol vursaydı...”
Zubir "Qarabağ"dan gedir?
Başını dik tut, “Neftçi” azarkeşi!

Futzal

Alesio: “Yaxşı nəticə qazanmaq istəyirdik”

Futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Joze Alesio Da Silva İrana qarşı keçirilən yoxlama görüşü haqda danışıb.

Futbolxeber.az-ın AFFA-nın saytına istinadən verdiyi məlumata görə, braziliyalı mütəxəssis 3:3-lük bərabərlik haqda deyib:

“Deməzdim ki, nəticə bizim üçün vacib deyildi. Həm yaxşı nəticə, həm də oyun təcrübəsi qazanmaq istəyirdik. Çünki komanda üzvlərinin əksəriyyəti bir aya yaxındır heç bir rəsmi oyunda iştirak etmirdilər. Ona görə də, komandada olan futzalçıların hamısına şans verdim ki, bundan maksimum istifadə etsinlər.

Əsas odur ki, oyun intizamından qopmadıq, bir neçə “ev tapşırığı”nı sınadıq. Komandamın oyunu məni qane etdi. Verdiyim tapşırıqları yerinə yetirə bildirlər. Rəqibimiz kifayət qədər güclü komandadır. Üstəlik, İranla Fransa yığmasının oyun planında oxşar cəhətləri çoxdur. İran millisinin heyətində fərdi qabiliyyətinə görə seçilən oyunçuları var”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2019
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31