25 Fevral 2018, Bazar günü
Avroliqada 1/8 finalın püşkü atıldı
"Qarabağ" Avropada gerilədi
Avroliqada 1/8 finalçılar müəyyənləşdi
Etopaz-da bu gün 17 canlı oyun

Futzal

Alesio: “Yaxşı və maraqlı oyun alındı”

“Bir gün əvvəl oyunçularıma dedim ki, bizi çətin oyun gözləyir. Çünki Qazaxıstan millisinə Kakau kimi təcrübəli məşqçi rəhbərlik edir. Rəqibimiz taktiki və intizam baxımından kifayət qədər güclüdür. Yaxşı və maraqlı oyun alındı".

Futbolxeber.az-ın AFFA-nın saytına istinadən verdiyi məlumata görə, bu sözləri futzal millimizin baş məşqçisi Joze Alesio Da Silva İranın İsfahan şəhərində təşkil olunan futzal üzrə “4 Top Nations” beynəlxalq turnirində Qazaxıstanla heç-heçə etdikləri oyundan (3:3) sonra deyib.

O, bu turnir hər iki komanda üçün əla sınaq olduğunu bildirib: "Səhvlərə yol verdik, onların üzərində işləyəcəyik. Mən də öz növbəmdə nümayiş etdirdiyi oyuna görə, Qazaxıstan yığmasını, komandada gördüyü işlərə görə isə Kakaunu təbrik edirəm. Bu cür turnirlərin mütəmadi təşkil edilməsi yaxşı hal olardı. Təşkilatçılara yaratdıqları şəraitə və komandamızı dəvət etdiklərinə görə təşəkkürümü bildirirəm”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Fevral 2018
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28





Click to Visit