26 Aprel 2024, Cümə
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda

Ölkə futbolu

Yuri Syomin: “Bu templə davam edə bilsək..”

"Qəbələ"nin baş məşqçisi Yuri Syomin  Antalya toplanışının yekunları barədə fikirlərini gabalafc.az-la bölüşüb. Futbolxeber.az-ın məlumatına görə, rusiyalı mütəxəssis ümumilikdə komandanın hazırlığından razı qaldığını, yoxlama oyunlarında futbolçuların özlərini yaxşı tərəfdən göstərdiklərini bildirib. Syomin onu narahat edən amillərə də toxunub: “Antalyadakı təlim-məşq toplanışında məqsədyönlü şəkildə çalışdıq. Burada gözəl şəraitdə hazırlaşdıq. Yoxlama oyunlarından yalnız son olaraq planlaşdırdığımız Moskva “Torpedo”su ilə matç baş tutmadı ki, bu da hava şəraiti üzündən oldu. Fikrimcə, sınaq matçlarında ümumilikdə yaxşı təsir bağışladıq. Bu oyunlarda yetirmələrimdən narazı qalmadım. Məni əsas narahat edən aparıcı futbolçularımız Lorenzo Ebesilio ilə Daniel Subotiçin zədəli olmalarıdır. Ebesilionun yaxın vaxtda tam sağalıb, bizə kömək edəcəyini gözləyirik. Subotiç əsas heyət oyunçularımızdan olsa da, digər hücumçularımız hazırda pis formada deyillər. Qış fasiləsində çox tranfser etməyərək, müdafiəni gücləndirdik. Yeni futbolçularımızdan razı qaldım. Biz ikinci dövrədə ilk dövrədən çox xal topladıq. Bu templə davam edə bilsək, çempionatda ən yüksək yerlərə iddia edəcəyik”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30