10 Mart 2026, Çərşənbə axşamı
Vernidub: "Məğlubiyyətə layiq deyildik”
Kurban Berdıyevdən qələbə şərhi
Azər Bağırov: “Biz iki xal itirdik”
Sadıqov: “...maraqlı deyil”

Ölkə futbolu

"Kəpəz" akademiyasında futbolçu seçimləri aparılıb

“Kəpəz” Futbol Akademiyasında 2026-cı il üçün seçimlər keçirilib.

Futbolxeber.az saytının məlumatına görə, seleksiya məşqləri 2009-2019-cu il təvəllüdlü uşaqlar arasında olub.

Klubun Məşq Mərkəzində reallaşan seçimlərə 180-ə yaxın uşaq qatılıb. Akademiyanın məşqçiləri iki gün ərzində seleksiya prosesi aparıb, müvafiq qeydlər götürüblər.

Seçimlərə Gəncə ilə yanaşı, paytaxt Bakı, eləcə də Samux, Şəki, Qax, Zaqatala, Goranboy, Mingəcevir, Şəmkir, və Naftalan rayonlarından da gələnlər olub.

Seçimlərdən uğurla keçən uşaqlar akademiyanın müvafiq yaş qrupları üzrə komandaların məşqlərinə qatılacaqlar.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31