11 Dekabr 2025, Cümə axşamı
XV turun hakim təyinatları
"Bu, futbolumuzun ağrılı yeridir”
“Qarabağ” “Ayaks”a məğlub oldu
"Ayaks"ın azarkeş ordusu Bakıda

Ölkə futbolu

"Ayaks"ın baş məşqçisi: "Qarabağ"ın çətinlik çəkdiyi mövqeni bilirdik"

"Çox gözəl oyun oldu. Rəqibin qolları keyfiyyətli idi. Onların da qollar vurmaq üçün çox şansı oldu. Fasilədən sonra daha yaxşı oynamağa çalışdıq. Hesabda geri olanda qol vurmaq çətin olsa da, bunu bacardıq".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Ayaks"ın baş məşqçisi Fred Qrim UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 6-cı turunda Bakıda "Qarabağ"a qalib gəldikləri oyundan (4;2) sonra keçirilən mətbuat konfransında deyib.

O qeyd edib ki, daha da yaxşı çıxış edə bilərdilər: "Formatdan da çox şey asılı idi. Bu oyunda bundan istifadə etdik. İstədiyimiz oyunu göstərə, daha yaxşı ola bilərdik. Addım-addım irəliləyərək daha yaxşı olacağıq. Çox böyük sevinc oldu. Xüsusilə də fanatlarla bunu qeyd etdik. Onlar bizə böyük dəstək oldular. İnanılmaz dərəcədə sevincliyik".

Baş məşqçi "Qarabağ"ın da zəif çıxış etmədiyini bildirib: "Onlar da çox yaxşı oynayırdı. Bu səviyyədə yarışlarda çox kiçik səhvlərin çox böyük nəticəsi ola bilər.

F.Qrim futbolçularının meydanda çox yıxılmasına da toxunub: "Oyunçularda belə problemlər oldu. Futbolçularımız sürüşkən otun üstündə yıxılırdılar. Yəqin ki, "Qarabağ" bu ot örtüyünə öyrəşib, amma bizim üçün çətin idi. Amma bugünkü qələbədən sonra özgüvənimiz artacaq. İstəyirik ki, bu nəticələri davam etdirək".

Qrim sonda "Qarabağ"ın çətinlik çəkdiyi mövqeni bildiklərini də vurğulayıb. O, son 10 dəqiqədə buna görə üstün olduqlarını deyib: "Məncə, burada ilk növbədə komandanın yaxşı təşkil olunmasından söhbət gedə bilər. Bilirdik ki, "Qarabağ"ın çətinlik çəkdiyi mövqe haradadır. Ona görə də bu nəticəni əldə etdik".








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Dekabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31