Ölkə futbolu
Millimizin üzvü: “Layiqli mübarizə apardıq, lakin məğlubiyyət məğlubiyyətdir”
Milli komandamızın yarımmüdafiəçisi Ceyhun Nuriyev dünən DÇ-2026-nın seçmə mərhələsində İslandiyaya qarşı keçirilən oyundan (0:2) sonra jurnalistlərin suallarını cavablandırıb. Futbolxeber.az saytının əməkdaşının da iştirak etdiyi müsahibəni təqdim edirik:
- Oyunla bağlı nə deyə bilərsiniz?
- Rəqibin gücü məlumdur. İslandiyaya ilk matçda böyük hesabla uduzmuşduq. Buna görə də içimizdə revanş hissi var idi. İnamlı mübarizə apardıq, qol epizodları yaratdıq. Sadəcə hücumun son fazasında alınmırdı. Layiqli mübarizə apardıq, lakin məğlubiyyət məğlubiyyətdir. Təbii ki, uduzduğumuz üçün məyusuq.
- Hakimlərin idarəçiliyini necə qiymətləndirirsiniz?
- Bir epozidda penalti ehtimalı var idi. Mənim baxışımdan epizod penaltiyə oxşayırdı. Lakin biz meydanın içindəyik. Bəlkə də kənarda fərqli görsənirdi. Ona görə dəqiq fikir bildirmək çətindir.
- Əvvəlki matçlardan sonra azarkeşlərdə milliyə inam yaranmışdı. Lakin yenə də xal qazanmaq mümkün olmadı. Nə çatışmadı?
- Nəticə qazanmağı biz azarkeşlərdən də çox istəyirdik. Çatışmayan hücumdakı bitiricilik idi. Düzdür, müdafiədə də boşluqlar oldu. Aydın yaxşı toplar çıxardı. Qol vurmaq lazımdır. Fərqlənə bilmirsənsə, xal qazanmaq da mümkün deyil. Görünən odur ki, daha çox çalışmalıyıq, daha dəqiq oynamalıyıq.
- Fransa ilə görüşdən nə gözləmək olar?
- Real götürsək, həmin matçda itirəcəyimiz bir şey yoxdur. Əksinə, nəsə qazana bilərik. Seçmə mərhələdəki son matçımızdır. Fransanın təqdimata ehtiyacı yoxdur. Adından hər şey bəllidir. Bununla belə, Fransadan çəkinməyəcəyik, xal üçün mübarizə aparacağıq.
- Ümumiyyətlə, bu millinin potensialı nəyə imkan verir?
- Keçən ilə, əvvəlki aylara nisbətən daha yaxşıyıq. Bu cür üzüyuxarı getsək, İslandiya, Ukrayna kimi komandalara diş göstərə bilərik.
- Ölkə çempionatında legioner limitinin ləğvi milliyə nə dərəcədə mənfi təsir göstərir?
- Bu, oyunçular üçün problemdir. Fakt budur ki, bu futbolçular limit olanda klubların daha çox oynayırdılar. İndi isə az forma şansı qazanırlar və bu da milliyə mane olur.
- Düşünmürsünüz ki, bu halda ən yaxşı variant legioner həyatı yaşamaqdır? Digər tərəfdən isə əksər futbolçularımız xaricə yollandıqdan az sonra vətənə qayıdırlar...
- Legioner həyatı yaşamağı hər bir futbolçu istəyər. Açığı, mən legioner həyatı yaşamamışam. Ona görə də gedənlərin tez qayıtması barədə dəqiq fikir bildirə bilmərəm. Ola bilər adaptasiya baxımından problem yaşayıblar. Hər halda Avropa ilə müqayisədə mentalitet fərqli ola bilər. Şəxsən öz adımdan deyə bilərəm ki, legioner həyatı yaşamaq mənim xəyalımdır.
Fərəc Aslanov
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- UEFA-nın saytı "Napoli" - "Qarabağ" oyunundan yazdı
- “Qarabağ” - “Ayaks”: həyəcan zirvəyə yüksəlir
- “Neftçi”nin baş məşqçi məsələsində son durum: Nə türkiyəli, nə belaruslu...
- “Neftçi”nin yeni baş məşqçisi bilindi - SON DƏQİQƏ
- Silva Yankoviçlə mübahisə etmələrindən danışdı: “Hər şey həll olunub”
- Vernidub “Neftçi”nin baş məşqçisi olacağı barədə xəbərlərə münasibət bildirdi
- Elvin Məmmədov istefasını şərh etdi: “Səbail”in bunu bacaracağına inanıram”
- De Blekere Əliyar Ağayevin səhv qərar qəbul etdiyini açıqladı
- Şəkil çəkdirmək, boğazdan yuxarı sözlər və ... sıfır
- “Xorvatiyadan vətənə qayıtmaq fikrim yoxdur, əksinə, daha da irəli getmək istəyirəm”
- "Karvan-Yevlax" öz meydanına qayıdır
- Söyəni bildik, bəs söydürənlərə hansı cəza düşür?
- DÇ-2026: “Pley-off”un püşkü atıldı
- Millimizin üzvü: “Layiqli mübarizə apardıq, lakin məğlubiyyət məğlubiyyətdir”
- “Neftçi”nin muradı...
-
00:57
"Bu, futbolumuzun ağrılı yeridir”
-
00:24
"Ayaks"ın baş məşqçisi: "Qarabağ"ın çətinlik çəkdiyi mövqeni bilirdik"
-
00:13
“Qarabağ” - “Ayaks” oyununun ən yaxşı oyunçusu müəyyənləşdi
-
23:38
“Qarabağ” “Ayaks”a məğlub oldu
-
18:21
“Milan” bu qapıçı ilə danışıqlara başladı
-
17:47
I Liqada ikinci dövrə start götürüb
-
17:18
Azərbaycan klubu legionerlə vidalaşıb
-
16:33
Millimizin seçmə mərhələnin II raunddundakı rəqibləri bilindi
-
16:06
Cüdo üzrə Azərbaycan birinciliyi keçiriləcək
-
15:52
"Qarabağ"ın U-19 komandası “Ayaks”a böyük hesabla uduzdu
-
14:49
Azərbaycan millisi Almaniya ilə bir qrupda
-
14:24
AMADA rəsmisi dünya konfransında Azərbaycanın təmiz idman sahəsindəki nailiyyətlərindən danışıb
-
14:15
Andrade: “Qarabağ”ın “Ayaks”ı udması, yaxud uduzması bizim üçün əhəmiyyətsizdir”
-
13:51
Prosineçkinin yeni iş yeri müəyyənləşdi
-
13:38
“Qarabağ”ın oyununa görə metro gücləndirilmiş rejimdə işləyəcək
-
13:07
AFFA 7 komandaya texniki məğlubiyyət verdi
-
12:45
U-19 millimizin rəqibləri məlum oldu
-
12:16
Boksçularımızın Avropa çempionatında ilk rəqibləri müəyyənləşib
-
11:53
AFFA 7 klubu cərimələdi
-
11:42
Azarkeşlər "Neftçi"ni xərcə saldı
-
11:29
"Ayaks"ın azarkeş ordusu Bakıda
-
11:08
I Liqada hakim təyinatları
-
10:54
Dünya çempionatı: Daha 2 boksçumuz 1/4 finalda
-
10:31
“Kəpəz”də yubiley
-
10:17
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:00
"İnter" öz meydanında "Liverpul"a uduzdu VİDEO
-
23:54
"Sumqayət" 3 xalı tək qolla qazandı VİDEO
-
23:42
"Sumqayıt"ın məşqçisi: “Hakimin qərarı bizi də tərəddüdə saldı”
-
22:28
“Qarabağ” “Ayaks”la oyuna hazırdır VİDEO
-
21:36
“Araz-Naxçıvan” və “Sumqayıt”dan qələbə
-
21:07
"Araz-Naxçıvan"dan uğursuz gedişə son VİDEO
-
20:14
Elmar Baxşıyevdən qələbə şərhi
-
19:53
Azər Bağırov: “Futbolçularımdan razıyam”
-
18:39
Mateus Silva: “Əlimizdən gələni edəcəyik”
-
18:21
Qurbanov: “Dayanmaq istəmirik”
-
17:08
“Ayaks”ın qapıçısı: "Qarabağ"a qarşı yaxşı oyun sərgiləməyə çalışacağıq"
-
16:45
Fred Qrim: “Qarabağ”dan qorxmuruq”
-
16:12
Emin Ağalarov Marko Yankoviçlə görüşdü
-
15:57
Mahir Məmmədov: “Vüqar Həşimov Memorialı dünya şahmat standartlarına uyğun keçirilir”
-
15:26
Yuri Vernidub rəsmən “Neftçi”də
-
15:04
Xankəndidə Vüqar Həşimov Memorialının açılış mərasimi keçirilib
-
14:43
Türkiyədə mərc oyunlarında iştirak edən 27 futbolçunun adı açıqlandı
-
13:31
Elçin Məsiyev Avroliqanın oyununa təyinat aldı
-
13:19
Azərbaycanın "Əməkdar məşqçi"si vəfat edib
-
12:58
"Ayaks" "Qarabağ"la oyuna 6 itki ilə çıxacaq
-
12:25
Azərbaycanın futzal liqalarında qış "transfer pəncərəsi" 2026-cı ilin yanvarında açılacaq
-
11:47
Elvin Yunuszadə 200-ə çatdı
-
11:16
"Şamaxı" üçün əlamətdar oyun
-
11:04
"Mançester Yunayted" 3 xalı 4 qolla qazandı VİDEO
-
10:52
6 boksçumuz dünya çempionatının 1/4 finalına yüksəlib
11.12.2025
10.12.2025
09.12.2025























