10 Dekabr 2025, Çərşənbə
Elmar Baxşıyevdən qələbə şərhi
Qurbanov: “Dayanmaq istəmirik”
Fred Qrim: “Qarabağ”dan qorxmuruq”
Yuri Vernidub rəsmən “Neftçi”də

Ölkə futbolu

İbrahima Konate: “Nəticədən daha çox oyundan zövq almağa fokuslanmalısınız”

Fransa millisinin futbolçusu İbrahima Konate DÇ-2026-nın seçmə mərhələsinin 6-cı turunda Azərbaycanla keçiriləcək oyun öncəsi mətbuat konfransında iştirak edib.

Futbolxeber.az saytının məlumatına görə, “Liverpul”un müdafiəçisi jurnalistlərin suallarını cavablandırıb:

- Sabah kapitan siz olacaqsınız? Komandaya nə deyəcəksiniz?

- Kapitan olub-olmayacağımı bilmirəm, bunu baş məşqçidən soruşmaq lazımdır. Qarşıdakı oyun çətin keçə bilər, lakin əsas məsələ oyundan zövq almaqdır. Buraya Fransanı təmsil etməyə gəlmişik. Məqsədimiz rəqibdən xal qazanmaqdır.

- Azərbaycanla matçda qapıda millinin ikinci qapıçısı dayanacaq?

- Bu, məndən asılı deyil, buna baş məşqçi qərar verir. O, yüksək keyfiyyətli qapıçıdır. Ümid edirəm ki, sabah ilk dəfə qapıda dayanacaq və Fransa millisinin formasını uğurla təmsil edəcək.

- Parisdəki matçda Azərbaycana qarşı çətinlik çəkmişdiniz...

- Bəli, Parisdəki görüşdə Azərbaycan millisi bizi müsbət mənada təəccübləndirmişdi. Artıq matçın nəticəsi necə olursa-olsun, oynayacağıq. Sabah hesabın necə olmasından asılı olmayaraq, nəticələrdən daha çox oyundan zövq almağa fokuslanmalısınız. Fransa xalqının qarşısında öz məsuliyyətimiz var.

- Azərbaycan millisinin heyətində əksər oyunçular "Qarabağ"ı təmsil edir. Azərbaycan klubu Çempionlar Liqasında "Liverpul"un rəqibidir. "Qarabağ"ın belə uğurlu çıxışı sizi təəccübləndirib?

- Bakı gözəl şəhərdir. Səmimi olacam, Azərbaycanla Fransadakı oyunda çətin anlar yaşadıq. Bunu qəbul etməliyik. Gələcək matçlara fokuslanmırıq, anı yaşayırıq. Azərbaycan millisi 0:3 uduzsa da, müsbət keyfiyyətlər göstərdi. Əminəm ki, sabah da bunu göstərəcəklər. Biz də milli olaraq xal qazanmağa çalışacağıq.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Dekabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31