3 Fevral 2026, Çərşənbə axşamı
"Qarabağ" yeni transfer edir
"Qarabağ" və "Neftçi"dən qələbə
"Sumqayıt"da gözlənilməz ayrılıq
Yuri Vernidubdan qələbə şərhi

Ölkə futbolu

Samir Abasov 4 oyunluq cəzalandı

AFFA İntizam Komitəsi "Neftçi"nin baş məşqçisi Samir Abasovu 4 oyunluq cəzalandırıb. Futbolxeber.az saytının məlumatına görə, bu barədə qurumun bugünkü iclasında qərar çıxarılıb.

S.Abasov "Qarabağ"a 0:2 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XI turunun oyunundan sonra hakimi təhqir etdiyi üçün cəza ilə üzləşib. Paytaxt klubu buna görə 10000 manat cərimələnib.

"Ağ-qaralar" azarkeşlərin sözügedən matçda meydana kənar əşya atması ucbatından 3500 manat ziyana düşüb. Bu hal cari mövsümdə 3-cü dəfə təkrarlanıb.

"Neftçi" fanatlar rəqib komandanın ünvanına təhqiramiz ifadələr səsləndirdiyi üçün 7000 manat, tərəfdarların oturacaqları sındırmasına və stadiona zərər vurmasına görə 3000 manat ödəyəcək.

"Qarabağ" isə azarkeşlərin təhqiramiz ifadələr işlətməsinə görə 6000 manat cərimə olunub. Bu hal da cari mövsümdə 2-ci dəfə təkrarlanıb.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Fevral 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28