Ölkə futbolu
Qurban Qurbanov: “Pozitiv düşünərək irəliyə baxmaq lazımdır”
“Yaxşı müdafiə olunan komandaya qarşı oynayırdıq. Əfsuslar olsun ki, məğlub olduq. İlin son oyunu idi. Bura qələbə qazanmaq üçün gəlmişdik”.
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının Liqa mərhələsinin 6-cı turunda səfərdə "Elfsborq"la (İsveç) keçirilən oyundan sonra mətbuat konfransında deyib.
O, əvvəlcə 0:1 hesablı məğlubiyyəti şərh edib, daha sonra isə jurnalistlərin suallarını cavablandırıb: "Futbolçularım sona kimi mübarizə apardılar. Sadəcə, futbol həm kiçik, həm də kobud səhvlərin üzərində qurulub. Ani bir diqqətsizlikdən qapımızda qol gördük. Amma hər bir halda futbolçularıma təşəkkür etmək istəyirəm. Oyundan sonra da bunu etdim. Bu il çox əziyyət çəkdilər. Xeyli uğursuzluqlarımız oldu. Amma buna baxmayaraq, irəliyə baxmalıyıq ki, daha da böyüyək. Ümumən bu il Avropa Liqası bizim üçün böyük təcrübə oldu. Pozitiv düşünərək önə baxmalıyıq. Rəqibi təbrik edirəm. Çox istəkli idilər".
- Bu gün hücum futboluna üstünlük vermişdiniz, yoxsa müdafiədən oynamağa? Oyun planınız nə dərəcədə özünü doğrultdu?
- Biz həmişə müdafiəni öndə qurmaq istəyirik. Bu gün də öz prinsiplərimizdən əl çəkmədik. Hücuma daha çox diqqət ayırırdıq. Qarşımızda 10 nəfərlə müdafiə olunan bir komanda var idi. Bizi bir neçə əks-hücumda tutdular. Bizə qalib gəlmək lazım idi. Ona görə də bütün diqqətimiz hücumda idi.
- Əvvəlki mövsümlərdən fərqli olaraq komandanız uğursuz çıxış edir. Bu nisbi uğursuzluğun səbəbi nədədir?
- Əlbəttə, xeyli məğlubiyyətimiz oldu və hər məğlubiyyət bir uğursuzluqdur. Amma çox da bu haqda düşünmək lazım deyil. Pozitiv düşünərək irəliyə baxmaq lazımdır. Əgər biz qruplarda iştirak etməsəydik, bunu böyük uğursuzluq adlandırmaq olardı. Bu da ola bilər. Bu gün böyük komandalarda da uğursuzluqlar görürük. Bu, futbolun silinməyən qanunlarından biridir. Futbolda elə bir qayda yoxdur ki, hər il eyni səviyyədə olmalısan, daha yaxşısını etməlisən. Biz daha yaxşısını etmək üçün çalışırıq. Amma bəzən klubun, futbolçunun yorulmuş halları olur. Hər bir uğursuzluqdan sonra komanda daha da formalaşır, möhkəmlənir. Hər birinizi başa düşürəm. Bir şeyi bilin ki, biz uğur əldə etməyi ürəkdən istəyirik. Sadəcə bəzən alınmır. Ona görə də biz belə hallara hazır olmalıyıq, pozitiv düşünməliyik.
- Dediniz ki, yorğunluq var. Bu o deməkdir ki, komandada dəyişiklik lazımdır. Klubun belə fikri var?
- Hər il komandaya yeni oyunçular cəlb etməyə çalışırıq. O demək deyil ki, əlimizdə olan futbolçuları göndərməyi düşünürük. Amma özünüz də gördünüz ki, müdafiə xəttində oyunçum qalmamışdı. Mərkəz müdafiəçiləri Kevin Medina və Bəhlul Mustafazadə zədəli idilər. 1 aylıq sıradan çıxıblar. Belə oyunlarda müdafiə xətti çox vacib olur. Neçə matçdır Mateus Silvanı müdafiənin mərkəzində oynadırıq. Düzünü desəm, onun oyunundan da çox da razıyam. Amma bir nəfər də zədələnsəydi, mərkəzdə oynatmağa futbolçum yox idi. Axtarışdayıq. Transfer pəncərəsində mütləq bir neçə yenilik etmək istəyirik. Gedişata baxacağıq. Əgər alınsa, mütləq komandaya bir neçə futbolçu götürəcəyik.
- İkinci hissənin ilk 10-15 dəqiqəsi ərzində rəqib üstünlüyü ələ keçirmişdi. Bunun səbəbi nə idi? Belə təzyiq komandanız üçün gözlənilməz idi?
- Bu tip komandalar 60-70 faiz hallarda hücumları uzun toplardan sonra qururlar. Belə komandalarda 3-4 epizod alındısa, o deməkdir ki, rəqibi öz zonanda qəbul edirsən. İkinci hissənin əvvəlində bəzi birə-bir mübarizələrdə müdafiəçilərimizin uduzması belə standart vəziyyətlərə gətirib çıxardı. Rəqib standart vəziyyətlərdə çox təhlükəli idi. Onların oyun üslübuna görə bəzi top itkilərimiz oldu. Rəqib bunun üzərində daim çalışan komandadır. Ona görə də yaxşı istifadə edə bilir. Oyunu demək olar ki, elə o dəqiqələrdə uduzduq. Amma sonra xeyli sayda hücumlarımız oldu. Amma rəqibin ucaboylu 3 mərkəz müdafiəçisi yaxşı oynadı. Birinin boyu 1.95, ikisində isə 1.90-dır. Onların müdafiədəki oyununu qiymətləndirməliyik.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Bakı klubu bu gün baş məşqçisi ilə vidalaşa bilər - ÖZƏL
- “Cəbrayıl”ın yeni transferi Şamaxıda debüt etdi
- Nigar Mirzəliyeva Bundesliqada debüt etdi
- Kadi qayıdışını “Futbolxeber”ə şərh etdi: “Liverpul”a yalnız biz 0:6 hesabı ilə uduzmamışıq”
- “Turan Tovuz”un debütantı: “Qarabağ”dan xal ala bilərdik...”
- “Qarabağ” 2026-cı ildə ilk transferini reallaşdırdı
- Aərbaycan kubokunun püşkü atılıb
- Mustafa Sek: “Bir qələbə ilə kifayətlənmək olmaz, ardını gətirməliyik”
- "Qarabağ" yeni transfer edir
- Addai: “Sabah”la oyunlarda nəyə qadir olduğumuzu göstərəcəyik”
- “Neftçi” heyətinə “Şalke”dən futbolçu cəlb etdi
- Azərbaycan futbolunda yenilik
- “Sumqayıt” - “Zirə” oyunun biletləri satışda
- Təxirə salmalımı, salmamalımı?!.
- Millimizin sabiq üzvü Finlandiya yığmasından təklif alıb
-
23:14
Avarçəkmə və kanoe üzrə Azərbaycan birinciliyi keçirilib
-
22:52
Rəşad Nəbiyevdən cüdoçulara təbrik
-
22:29
"Zirə"nin qələbəsi VİDEO
-
21:48
Millimizin rəqibləri müəyyənləşdi
-
21:03
"Bütün baş verənlər bizim səhvlərimizin nəticəsi idi"
-
20:36
Rəşad Sadıqov: "Vacib qələbə qazandıq"
-
20:17
"Qarabağ"dan Kamilo Duranla bağlı açıqlama
-
19:55
"Zirə" və "Kəpəz"dən qələbə
-
19:41
Boksçumuz erməniyə qalib gəldi
-
19:34
"Kəpəz" - "Sumqayıt" oyununda 3 qol VİDEO
-
19:00
Azər Bağırov: “Bu qələbəni onlara həsr edirik”
-
18:22
Premyer Liqa klubunda yeni müqavilə
-
18:15
Saşa İliç: "Belə bəsit qollar buraxdığımıza inana bilmirəm"
-
18:09
Azərbaycan millisinin 4 üzvü Türkiyə Superliqasında çıxış edəcək
-
17:46
"Araz-Naxçıvan" - "Zirə": Heyətlər müəyyənləşdi
-
17:33
Konfrans Liqasında 1/8 finalın püşkü atıldı
-
16:51
Əhməd Yusifov ilk dəfə "Böyük Dəbilqə" turnirinin qalibi oldu
-
16:18
Avropa Liqasında 1/8 final cütlükləri müəyyənləşdi
-
15:47
"Neftçi" "Şamaxı" ilə oyuna hazırdır FOTOLENT
-
15:20
ÇL: 1/8 final mərhələsinin püşkü atıldı
-
14:35
"Neftçi" ukraynalı məşqçisi ilə vidalaşdı
-
14:12
"Kəpəz" - "Sumqayıt": Heyətlər açıqlandı
-
13:53
“Berdiyev illərdir fərqli komandalarla nəticə qazanmağı bacarır”
-
13:29
Azərbaycan klublarının avrokuboklarda qol rekordu təkrarlanıb
-
13:01
Azərbaycan klubuna lazım olmayan müdafiəçi "Valensiya"ya transfer olundu
-
12:48
Azərbaycan klublarının ÇL-də yeni bombardiri
-
12:30
“Araz-Naxçıvan”la heç bir problemim yoxdur, ödənişlər vaxtında edilir”
-
12:15
Boksçumuz 1/4 finala yüksəldi
-
11:52
"Samsunspor" darmadağınla mərhələ adladı VİDEO
-
11:29
Futbolumuzun fərsiz övladı
-
11:07
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:46
Azərbaycan UEFA reytinqində 3 ölkəni qabaqladı
-
10:13
"Fənərbaxça" səfərdə qələbə qazansa da, mərhələ adlamadı VİDEO
-
09:54
Cəbrayıl Hacıyev bürünc medal qazandı
-
09:31
"Traktor" liderliyə yüksəldi
-
18:59
Cəfərovun 50-ci, Seyidovun 30-cu qolu
-
17:32
Cüdoçularımızın rəqibləri müəyyənləşdi
-
17:00
Bunu da gördük: “İmişli” meydana başqa komandanın forması ilə çıxdı
-
16:41
Bakıda məşqçi kursları keçiriləcək
-
15:27
Bu komanda Region Liqasından kənarlaşdırıldı
-
15:15
AFFA "Kəpəz"in futbolçusunu cəzalandırdı
-
14:04
“Sumqayıt” Roy Kehatı itirdi
-
13:53
Ərdoğan Okan Buruka zəng etdi VİDEO
-
12:39
“Karvan-Yevlax” üçün “Qəbələ” nümunəsi
-
12:16
Premyer Liqa klubları kimi fəaliyyət göstərən “Dinamo”: “Kiçik maliyyə dəstəyi olarsa...”
-
11:48
ÇL-də həftənin ən yaxşısı adına namizədlər
-
11:29
"Qarabağ" Duranla bağlı həkimlərin rəyini gözləyir
-
10:52
"Atalanta"dan Möhtəşəm geridönüş VİDEO
-
10:31
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:17
“Traktor” İran Futbol Federasiyasından FİFA-ya şikayət etdi
27.02.2026
26.02.2026























