3 Noyabr 2025, Bazar ertəsi
Abubakar son 6 ilin ilkinə imza atdı
Saşa İliç qələbəni şərh etdi
Berdıyev: “Qələbəyə layiq idik”
161 gün sonra yenidən Tovuzda

Ölkə futbolu

Juninyo: "Təəssüf ki, bu imkanlardan yararlana bilmədim"

"Qarabağ"ın futbolçusu Olavio Juninyo Avropa Liqasının Liqa mərhələsinin 5-ci turunda evdə "Lion"a uduzduqları matç (1:4) haqqında fikirlərini bölüşüb.
 
Futbolxeber.az saytının məlumatına görə, görüşdən sonra "CBC Sport"a açıqlama verən 28 yaşlı hücumçu qol şanslarını yararlana bilmədiyinə görə təəssüflənib: "Keyfiyyətli komandaya qarşı oynadığımızın fərqində idik. Çoxlu qol epizodları yaratdıq. Təkcə mənim 3 qol şansım oldu. Təəssüf ki, bu imkanlardan yararlana bilmədim. Bəxt amili də öz sözünü dedi. Ümumi götürdükdə Fransanın ən yaxşı komandalarından birinə qarşı çıxış etdik. Amma buna baxmayaraq, öz komandama, yoldaşlarıma inanıram".
 
Braziliyalı forvard Ağdam təmsilçisinin yaxşı çıxış etdiyini vurğulayıb: "Əslində yaxşı oyun nümayiş etdiririk. Belə böyük rəqiblərə qarşı matçlarda oyunun taleyini bəzi detallar həll edir. Qarşıda Premyer Liqa matçımız var. Həmin görüşə köklənməliyik. Bundan sonra yenidən Avroliqanın oyunlarını fikirləşəcəyik".







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30