26 Aprel 2024, Cümə
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda

Ölkə futbolu

“Bundan artıq mənə heç nə lazım deyil”

“Bu qarşılaşmanın önəmi böyükdü. Təbii, biz də ölkə kubokunda mübarizəni davam etdirmək və növbəti mərhələyə yüksəlmək istəyirik”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri “Bakı”nın baş məşqçisi Milinko Pantiç deyib.

Sabah ölkə kubokunun 1/8 finalında “Sumqayıt”a qarşı keçiriləcək oyunla bağlı klubun rəsmi saytına danışan Pantiç bəxtdən başqa heç nəyə ehtiyac duymadığını qeyd edib: “Sumqayıt”ı yaxşı tanıyıram deyə, matçın çətin keçəcəyini indidən düşünürəm. Rəqib komandada müdafiə xəttinə xüsusi fikir verirlər. Necə var, elə də davam edəcəyik. Sadəcə, özümüzə bəxt istəyirəm. Bundan artıq mənə heç nə lazım deyil. “İnter”lə son oyundan sonra paltardəyişmə otağında vəziyyət normaldı. Futbolçular səhvlərini bilir və onları aradan qaldırmağa çalışırlar. Özünüz də gördüz ki, premyer-liqada “Xəzər Lənkəran” və “İnter”ə qarşı görüşlərdə hər iki rəqibin qol imkanları olmadı. Yalnız “İnter” səhvimizdən yararlanıb qol vurdu. Bu, o deməkdi ki, bizim pis olmağımıza əsas yoxdu. Üstəlik, son qarşılaşmada qol vursaq da, baş hakim bunu hesaba almadı. Amma futbolun elə xüsusiyyəti var ki, əvvəl haqsız yerə itirdiyini sonra bərpa edirsən”. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30